top of page

On Altıncı Fəsil

Əshabələrin Bedəştdə Toplaşması

HƏZRƏT TAHİRƏ TEHRANI tərk edib Xorasana yola düşdükdən sonra Həzrət Bəhaullah cənab Kəlimə göstəriş verdi ki, onun da Xorasana getməsi üçün lazımi hazırlıq görsün. Yola düşən zaman mübarək ailəsini cənab Kəlimə tapşırdı və buyurdu ki, ailəsinin rahatlığı üçün heç nəyi əsirgəməsin. Həzrət Bəhaullah Şahruda çatanda, cənab Onun hüzuruna gəldi. Cənab Qüddus Həzrət Bəhaullahın Xorasana yollandığını eşidən kimi məhz Onun pişvazına çıxmaq üçün Məşhəddən hərəkət etmişdi və dediyimiz kimi, Şahrudda Mübarək Hüzura yetişmişdi. O vaxtlar Xorasan vilayəti həyəcanlı günlər yaşayırdı. Həzrət Qüddusun və cənab Babülbabın mübarək Əmri təbliğ etməyə başlaması o tərəflərin camaatını qəflət yuxusundan oyatmışdı. Əmrin sədası ucaldıqdan sonra əhalidə müxalif əhvalruhiyyə yaranmışdı. Bir çoxları hədsiz sədaqət və səmimiyyətlə möminlər sırasına qoşulub Əmrə xidmət etməyə başlamışdı. Bəziləri də mübarək Əmrin yayılmasına, ilahi bayrağın yüksəlməsinə düşmən münasibət bəsləyərək, möminlərə qarşı heç bir hərəkətdən çəkinmirdi. İnsanlar hər tərəfdən həqiqəti öyrənmək və vəziyyəti aydınlaşdırmaq məqsədilə dəstə-dəstə Molla Hüseynin evinə gəlirdilər. O da həqiqəti axtaranları cənab Qüddusun hüzuruna göndərirdi. Molla Hüseynin evinə gedişgəliş o qədər çoxalmışdı ki, ölkənin səlahiyyət sahibləri narahat olmağa başlamışdılar. Bu vəziyyətdən qorxuya düşən şəhər hakimi bir neçə nəfərə göstəriş verdi ki, cənab Babülbabın yaxın xidmətçisi olan Həsən adlı şəxsi həbs etsinlər. Hakim bununla bir tərəfdən camaata öz gücünü göstərmək, digər tərəfdən də Babülbabı qorxuya salıb onun öz fəaliyyətini məhdudlaşdırmasına nail olmaq məqsədi güdürdü. Məmurlar Həsəni tutub ona cürbəcür əzab və işgəncə verdilər, ona qarşı ən təhqiramiz hərəkətlərə əl atdılar. Həsənin burnunu deşdilər və noxtalayıb şəhərin küçə və bazarlarında gəzdirməyə başladılar. Cənab Babülbab Həzrət Qüddusun hüzurunda olduğu zaman xidmətçisinin həbs edilməsindən xəbər tutdu. Həzrət Qüddusun bu xəbəri eşidib kədərlənməməsi üçün dərhal yerindən qalxdı və getməyə icazə istədi. Cənab Babülbab Həzrət Qüddusun hüzurundan çıxan kimi əshabələr onu dövrəyə aldılar və ərz etdilər ki, intiqam almaq üçün tədbir görmək, bu günahsız məzlumu tutub əzab-əziyyətə düçar etmiş zalımları öz cəzalarına çatdırmaq lazımdır. Onlar bunu az qala yalvararaq, Molla Hüseyndən xahiş edirdilər. Həzrət Babülbab əshabələri səbrli və təmkinli olmağa çağıraraq, buyurdu: “Pərişan olmayın, Həsənin tutulmasına görə narahatlıq keçirməyin, çünki Hüseyn sizinlədir və sizə söz verir ki, tezliklə Həsəni sağ-salamat sizə qaytaracaq”. Əshabələr bu sözləri eşitdikdən sonra bir şey deməyə cürət etmədilər, amma ürəkləri düşmənlərdən intiqam almaq odu ilə alışıb-yanırdı. Onların bir qismi Məşhədin küçə və bazarlarına çıxıb “ya Sahib əz-Zaman!” deyə qışqırmağa başladılar. Xorasan camaatı ilk dəfə idi ki, iman əhlinin “ya Sahib əz-Zaman!” fəryadını eşidirdi. Əshabələr elə ucadan qışqırırdılar ki, onların səsi şəhərin hər yerində eşidilirdi. Bu hay-küyün sorağı qonşu məntəqələrə də çatdı və insanların qəlbinə və beyninə güclü təsir göstərdi. Əslində bu, insanların ehtimal etdiyi və sonralar baş vermiş böyük hadisələrin başlanğıcı idi. Əshabələr özlərini Həsəni noxtalayıb küçə və bazarda gəzdirən dövlət məmurlarına yetirdilər, onların hamısını öldürüb Həsəni xilas etdilər və onu Molla Hüseynin yanına gətirərək, hər şeyi olduğu kimi danışdılar. Cənab Babülbab əshabələrə dedi: “Siz Həsənin əzab və əziyyət çəkməsinə dözə bilmədiniz, bilmirəm, Hüseyn şəhid olanda nə edəcəksiniz”.

O vaxtlar Saların qiyamı və özbaşınalıqları nəticəsində Məşhəddə qarışıqlıq hökm sürürdü. Şahzadə Həmzə Mirzə qiyamçıların qarşısını almaq üçün öz qoşunu ilə bərabər şəhərin dörd fərsəngliyində düşərgə salmışdı. O, əshabələrin hərəkətindən və qışqırığından xəbər tutan kimi, bir neçə nəfərə tapşırıq verdi ki, şəhərə getsinlər və Məşhəd hakiminin köməkliyi ilə Babülbabı həbs edib düşərgəyə onun hüzuruna gətirsinlər. Şahzadənin topxanasının rəisi olan Əbdül-Əli xan Marağai bu sərəncamı eşidib şahzadənin yanına getdi və dedi: “Əlahəzrət, mən özüm Molla Hüseynin tərəfdarlarından biriyəm. Sizə deyirəm: nə qədər ki, mən sağam, heç kəsin Molla Hüseynə qarşı hörmətsizlik etməsinə və onu incitməsinə imkan verməyəcəyəm. Ona görə də əvvəl məni öldürün, sonra isə nəzərdə tutduğunuz işi həyata keçirin”. Həmzə Mirzə topxana rəisinin bu aydın və qətiyyətli sözlərini eşidib bərk təəccübləndi. Bu ağır məqamda şəhzadənin onun köməyinə böyük ehtiyacı var idi. Ona görə də Əbdül-Əli xanın həyəcanını sakitləşdirmək üçün dedi: “Mən də cənab Molla Hüseynlə görüşmüşəm, ona sonsuz hörmət və məhəbbət bəsləyirəm. Mən şəhərdə baş qaldırmış iğtişaşı yatırtmaq üçün bu məmurları göndərirəm ki, onu düşərgəyə gətirsinlər. Yoxsa mənim cənab Molla Hüseyni incitmək niyyətim olmayıb və yoxdur”. Sonra şahzadə öz xətti ilə Molla Hüseynə bir məktub yazdı. Məktubda deyilirdi ki, şəhərdəki qarışıqlığa son qoyulması üçün o, bir neçə günlüyə düşərgəyə gəlsin və beləliklə, həm o düşmənlərin hücumundan qorunsun, həm də şahzadə onun hüzurundan faydalanmaq imkanı qazansın. Şahzadə həmçinin göstəriş verdi ki, ona məxsus olan qızılı çadırı onun əziz qonağı üçün düşərgənin yaxınlığında qursunlar.

Şahzadənin məktubu Babülbaba çatan kimi o, həmin məktubu Həzrət Qüddusa təqdim etdi və ondan məsləhət istədi. Həzrət Qüddus dedi: “Şahzadənin dəvətini qəbul edin. Bu dəvətin qəbul edilməsindən sizə bir zərər dəyməyəcək. Mən bu gecə hərfi-həyy Mirzə Məhəmmədəli Qəzvini ilə birlikdə Mazandarana doğru hərəkət edəcəyəm. Siz də bir müddətdən sonra əshabələrlə birgə qara bayrağlarla Xorasandan çıxıb mənə qoşulacaqsınız. Biz Tanrının müəyyən etdiyi yerdə bir-birimizlə görüşəcəyik”. Molla Hüseyn özünü cənab Qüddusun ayaqlarına atdı və hədsiz sevinc içərisində dedi: “Sizin əmrinizi canla-başla yerinə yetirəcəyəm”. Cənab Qüddus Babülbabı qucaqlayıb onun alnından və gözlərindən öpdü və onu Tanrıya tapşırdı. Həmən gün axşam cənab Modla Hüseyn son dərəcə sakit və arxayın bir halda həmzə Mirzənin düşərgəsinə getdi. Əbdül-Əli xan bəzi mənsəb sahibləri ilə birlikdə Molla Hüseynin pişvazına çıxdı. Babülbab onun üçün qurulmuş çadıra daxil oldu. Cənab Qüddus həmən gecə Mirzə Məhəmməd Bağır Qainini və bir çox digər əshabələri hüzuruna çağırıb onlara təkidlə tapşırdı ki, bütün hallarda Həzrət Babülbaba itaət göstərsinlər və onun hər bir Əmrinə tabe olsunlar. O, həmçinin əshabələrə dedi: “Tezliklə siz ciddi imtahanlar qarşısında qalacaqsınız, böyük müsibətlər və fəlakətlər baş verəcək. Sizin bu imtahan və müsibətlərdən sağ çıxmağınız yalnız Babülbabın əmrlərinə itaət etməyinizdən asılıdır, sizin nicatınız o böyük insana sədaqətli olmağınızdadır”. Bu sözləri dedikdən sonra Həzrət Qüddus əshabələrlə vidalaşıb Mirzə Məhəmmədəli Qəzvini ilə birlikdə Məşhəddən Mazandarana doğru yola düşdü.

Bir neçə gündən sonra cənab Qüddus Yolda Mirzə Süleyman Nuriyə rast gəldi. O, Həzrət Tahirənin Qəzvində həbsdən qurtulub Xorasana yollanmasını Həzrət Qüddusa xəbər verdi. Həmçinin Həzrət Bəhaullahın Tehrandan Xorasana doğru hərəkət etdiyini ona bildirdi. Mirzə Süleyman və Mirzə Məhəmmədəli cənab Qüddusla birlikdə yola düşdülər və Bedəştə çatdılar. Onlar Bedəştə çatanda səhər yenicə açılmışdı. Orada onlar Şahruda getmək niyyətində olan bir çox dostlara rast gəldilər. Şahruda yaxınlaşarkən, Ağa Məhəmməd hənasab onların ardınca gedən Mirzə Süleymanı gördü. Qüddus Ağa Məhəmməd hənasabdan öyrəndi ki, Həzrət Bəhaullahla Həzrət Tahirə Şahruddan Bedəştə gediblər; İsfahandan, Qəzvindən və digər İran şəhərlərindən gələn dostlar orada gözləyirlər ki, Həzrət Bəhaullahla birlikdə Xorasana yollansınlar. Həmin vaxt Mirzə Süleyman Ağa Məhəmməd hənasaba dedi: “Molla Əhməd Abdala de ki, bu gün səhər sənin üzərinə nur saçıldı, amma sən bundan xəbər tutmadın”. Bu sözləri deyərkən, o, cənab Qüddusa işarə edirdi. Ağa Məhəmməd hənasab Bedəştə çatan kimi Həzrət Qüddusun Şahruda getdiyini Həzrət Bəhaullaha xəbər verdi. Həzrət Bəhaullah Molla Məhəmməd Müəllim Nuri ilə birlikdə günəş qürub edən zaman Bedəştdən Şahruda yollandı və ertəsi gün günəş çıxan vaxt onlar cənab Qüddusla bərabər Şahruddan Bedəştə qayıtdılar.

Yayın əvvəlləri idi. Həzrət Bəhaullah üç bağı icarəyə götürdü: birini Həzrət Qüddus üçün, birini Həzrət Tahirə və yoldaşları üçün, birini də Özü üçün. Bedəştdə toplaşmış möminlərin sayı səksən bir nəfər idi. Bütün bu insanlar Bedəştdə qaldıqları müddətdə Həzrət Bəhaullahın qonağı oldular. Həzrət Bəhaullah hər gün Mirzə Süleyman Nuriyə bir lövhə verirdi ki, dostların yığıncağında oxusun. Bedəştdə dostlardan hər birinə yeni ad verildi. O cümlədən, Mübarək Vücud "Bəha" adı ilə, hürufi-həyyin sonuncusu “Qüddus” adı ilə, cənab Qürrətüleyn “Tahirə” adı ilə tanındı. Bedəştdəki dostların hər biri üçün Həzrəti-Əlanın mübarək qələmindən ayrıca bir fərman çıxdı, fərmanların yuxarısında onların yeni adları yazılmışdı. Elə o vaxt köhnə qaydalara bağlı olan bir çox təqlidçilər Həzrət Tahirədən Həzrəti-Əlaya şikayət etmişdilər ki, o, köhnə qaydalara riayət etmir. Həzrəti-Əla buna cavab olaraq yazmışdı: “Əzəmətli Dilin “Tahirə” adlandırdığı bir şəxs barədə mən nə deyə bilərəm?!”

Xülasə, dostların Bedəştdə toplaşdığı günlərdə hər gün köhnə qaydalardan biri ləğv olunurdu. Dostlar bilmirdilər ki, bu dəyişiklikləri edən kimdir, insanlara bu adlar kim tərəfindən verilir. Hərənin gümanı bir yerə gedirdi. Yalnız məhdud sayda şəxslər o zaman Həzrət Bəhaullahın məqamından agah idilər və bilirdilər ki, bütün bu dəyişikliklərin mənbəyi O Həzrətdir, qorxub çəkinmədən bütün bu əmrləri verən Odur. Bedəştdəki hadisələrdən xəbərdar olan şəxslərdən biri də Şeyx Əbu Turab idi. Bir gün o, bu barədə aşağıdakıları nəql etdi: “Bedəştdə yığışdığımız zaman bir gün Həzrət Bəhaullah xəstələnib atağa düşdü. Cənab Qüddus ona baş çəkməyə gəldi və Həzrət Bəhaullahın sağ tərəfində əyləşdi. Qalan dostlar da tədricən Mübarək Hüzura toplaşdılar. Bu zaman təzə adı FətiülQəzvini olan Məhəmməd Həsən Qəzvini içəri girib cənab Qüddusa dedi: Həzrət Tahirə sizinlə görüşmək istəyir. Durun, onun bağına gedək. Həzrət Qüddus buyurdu: “Mən qərara gəlmişəm ki, daha Həzrət Tahirə ilə görüşməyim. Buna görə də onun yanına getməyəcəyəm”. Məhəmməd Həsən təkrarən Qüddusa üz tutub xahiş etdi ki, Tahirəni görməyə getsin və əlavə etdi: Həzrət “Tahirə mütləq sizinlə görüşməlidir. Əgər siz getməsəniz, o özü bura gələcək”. Həzrət Qüddus onun xahişinə etinasız qaldı. Belə olduqda, Məhəmməd Həsən qılıncını sıyırıb Həzrət Qüddusun qarşısına qoydu və dedi: “Mən sizsiz Tahirənin yanına qayıda bilmərəm. Əgər getmirsinizsə, onda bu qılıncla məni öldürün!” Həzrət Qüddus qəzəbli bir ahənglə buyurdu: “Mən heç vaxt Həzrət Tahirə ilə görüşməyəcəyəm və sənin dediyini də etməyəcəyəm”. Məhəmməd Həsən Həzrət Qüddusun qarşısında diz çöküb boynunu hazır tutmuşdu ki, Həzrət Qüddus qılıncla onun boynunu vursun. Birdən Həzrət Tahirə hicabsız, bəzənibdüzənmiş halda məclisə daxil oldu. Məclis iştirakçıları bunu görüb dəhşətə gəldilər. Hamı yerində donub qalmışdı, çünki gözləmədikləri bir şeylə qarşılaşmışdılar. Onlar elə düşünürdülər ki, Həzrət Tahirəni hicabsız görmək mümkün olmayan bir işdir, nəinki onun əndamına, heç kölgəsinə də baxmağa icazə yoxdur. Çünki Həzrət Tahirəni Həzrət FatimeyiZəhraəleyhaəssalamın məzhəri hesab edirdilər, onu ismət və paklıq rəmzi bilirdilər. Həzrət Tahirə hədsiz təmkin və vüqarla keçib cənab Qüddusun sağ tərəfində əyləşdi. Adamların üzünə qorxu və dəhşət çökmüşdü, hamı həyəcanlı idi. rştarı bir tərəfdən hirs və qəzəb, digər tərəfdən də qorxu və xof bürümüşdü. Axı Həzrət Tahirə hicabsız onların qarşısında oturmuşdu! Bəziləri bu mənzərəyə tab gətirmədi. Həmin məclisdə olan Əbdül-Xaliq İsfahani bu halı görüb əli ilə boğazını çırdı və Həzrət Tahirənin qarşısından qaçaraq, qışqırağışqıra oradan uzaqlaşdı. Daha bir neçə nəfər də bu imtahandan çıxmadı və Əmrdən üz döndərib öz əvvəlki əqidəsinə qayıtdı. Bir çoxları isə Həzrət Tahirənin qarşısında mat-məəttəl dayanmışdılar, bilmirdilər ki, nə etsinlər. Cənab Qüddus öz yerində oturmuşdu, sıyrılmış qılıncı da əlində tutmuşdu. Üzündə qəzəb əlamətləri açıq-aşkar sezilirdi. Adama elə gəlirdi ki, Həzrət Tahirəni qılıncın bir zərbəsi ilə qətlə yetirmək üçün fürsət gözləyir. Amma Həzrət Tahirə qətiyyən heç nəyə fikir vermirdi, üzündən təmkin və arxayınlıq yağırdı. O, dostlara müraciət edib hədsiz bəlaqətlə Qurani-kərim üslubunda təsirli bir xütbə söylədi, axırda da Qurani-kərimdən bu ayəni oxudu: “Həqiqətən, möminlər cənnət bağlarında və çaylar kənarında Qudrətli hökmdarın huzurundakı haqq məclisində olacaqlar” (Qəmər surəsi, 54-55-ci ayələr). Ayəni oxuduğu zaman o, Həzrət Bəhaullaha və cənab Qüddusa işarə etdi. Elə işarə etdi ki, camaat Həzrət Tahirənin “Qüdrətli hökmdar” deyərkən, bu iki mübarək vücuddan hansını nəzərdə tutduğunu anlaya bilmədi. Sonra Həzrət Tahirə buyurdu: “Həzrət Qaimin söyləyəcəyi o Söz mənəm. Və o sözü eşidən kimi dünyanın rəhbərləri baş götürüb qaçacaqlar”. Bunu deyib üzünü Həzrət Qüddusa tutdu və soruşdu: “Nə üçün Xorasanda Əmrin mənafeyinə uyğun olan əsas işləri görməmisiniz?” Həzrət Qüddus cavab verdi: “Mən azad bir insanam, nəyi lazım və məsləhət bilirəmsə, onu da edirəm, dostlarımın və digər şəxslərin fikirlərini həyata keçirməyə borclu deyiləm”. Bundan sonra Həzrət Tahirə məclis iştirakçılarına müraciət edib dedi: “Əlinizə yaxşı fürsət düşüb, onu qənimət bilin, şənlik edin. Bu gün bayram və ümumi şənlik günüdür. Elə bir gündür ki, keçmişə təqlid zəncirləri qırılıb. Hamınız ayağa durun və bir-birinizin əlini sıxın!”

Xülasə, o tarixi gündə məclis iştirakçılarının davranışında və baxışlarında qəribə bir dəyişiklik baş verdi. Bu, həyəcanlı bir gün idi. Həmin gün ibadətlərdə yeni qayda yarandı, köhnə qaydalar və əqidələr bir kənara qoyuldu. Bəziləri bunu bəyənir, bəziləri isə bu dəyişikliyi küfr və bidətçilik kimi qiymətləndirib deyirdilər: “İslam ehkamı heç vaxt ləğv oluna bilməz”. Bir çoxları deyirdilər: “Həzrət Tahirəyə itaət etmək vacibdir, o nə deyirsə, yerinə yetirmək lazımdır”. Başqaları isə belə düşünürdülər ki, cənab Qüddus Həzrəti-Əlanın naibidir və mütləq hakimdir. Bəziləri də bu hadisəyə yalanı doğrudan, mömini kafirdən ayırmaq üçün Allahın imtahanı kimi baxırdılar. Həzrət Tahirə hərdən cənab Qüpdusa itaət göstərməkdən boyun qaçırıb deyirdi: “Mən Qüddusu öz şagirdim sayıram. Həzrət Bab onu göndərib ki, mən onun təlim və tərbiyəsi ilə məşğul olum. Mən ona ayrı cür baxa bilmirəm”. Digər tərəfdən də Həzrət Qüddus buyururdu: “Tahirə bu işlərdə yanlış yola düşüb, onun tərəfdarları da doğru yoldan uzaqlaşıblar”. Cənab Qüddusla Həzrət Tahirə arasındakı bu mübahisə və mükalimə bir neçə gün davam etdi. Nəhayət, Həzrət Bəhaullah onların münasibətlərini yolu na qoydu, münaqişə aradan qalxdı və hamının diqqətini ilahi Əmrə xidmət göstərməyə yönəltdi. Dostların Be dəştdə toplaşmasının əsas məqsədi, yəni mübarək Əmrin istiqlalının və yeni nizamın başlanmasının elan edilməsi həyata keçdi. O gün sanki qiyamət gününün başlanmasından xəbər verən surun sədası eşidildi, yeni hökmlər və qaydalar elan olundu”.

Bedəştdəki yığıncaq başa çatdıqdan sonra dostlar Mazandarana doğru yollandılar. Həzrət Bəhaullah göstəriş verdi ki, kəcavə hazırlasınlar. Cənab Qüddus və Həzrət Tahirə birlikdə kəcavəyə mindilər və Mazandarana tərəf yola düşdülər. Həzrət Tahirə yol boyu şerlər qoşub söyləyir, onun kəcavəsinin ardınca piyada gedən dostlar isə həmin şerləri uca səslə təkrar edirdilər. Onların səsi əks-səda verib dağa, düzə yayılırdı, köhnə qaydaların ləğv edildiyini və yeni günün başlandığını insanlara çatdırırdı.

Həzrət Bəhaullah iyirmi iki gün Bedəştdə qaldı və artıq deyildiyi kimi, əshabələrlə birlikdə Mazandarana doğru yola düşdü. O zaman bəziləri Həzrət Tahirənin üzündəki hiçabı bir kənara atmasından belə nəticə çıxardılaü ki, öz nəfslərini istəyinə uyğun olaraq, günah və pis işlə; törətməklə məşğul ola bilərlər. Şəriətin ləğv olunması məsələsi onların yanlış xəyalında belə təsəvvür doğurdu ki, zərərli meyllərə sərbəstlik vermək, əxlaq çərçivəsindən kənara çıxmaq, nəfsin istəklərini yerinə yetirmək olar. Ağılsız adamların bu xam xəyalları və yanlış fikirləri onların Tanrının qəzəbinə tuş gəlməsinə səbəb oldu. Belə ki, Mazandarana gedərkən Niyala kəndinə çatanda bir dəstə adam onlara hücum çəkdi. Nəfsin təhriki ilə hədlərini aşmış həmin ağılsızlar düşmənlərin əli ilə bəlaya düçar oldular ki, ağıl sahibləri bundan ibrət götürüb Tanrının müəyyən etdiyi həddi gözləsinlər və Allahın qanunlarını ləyaqətlə qorusunlar. Mən (Nəbil) Həzrət Bəhaullahın mübarək dilindən həmin hadisəni belə eşitmişəm: “Niyala kəndinə çatanda istirahət etmək üçün dağın ətəyində dayandıq. Səhərə yaxın hücum edən şəxslərin dağın başından bizə tərəf atdıqları daşların səsinə oyandıq. Onlar elə güclü hücuma keçmişdilər ki, bizim yoldaşlarımız qorxuya düşüb qaçmağa başladılar. Mən öz libasımı cənab Qüddusa geyindirib onu təhlükəsiz bir yerə göndərdim. Sonradan özüm də ona qoşulmaq fikrində idim. Amma ora gedəndə, Qüddusu tapmadım, oradan çıxıb getmişdi. Niyalada Həzrət Tahirədən və Mirzə Abdullah Şirazi adlı bir gəncdən başqa heç kəs qalmamışdı. Hücum şiddətli idi, bütün çadırlar çırılmışdı. Mən Tahirəni qorumaq üçün o şirazlı gəncdən savayı bir kəsi tapmadım. O, igid və iradəli bir gənc idi. Qılıncını əlində tutub tam şücaətlə bizim mallarımızı qarət etmək üçün hücum çəkən adamların qarşısını kəsmişdi. Bir neçə yara alsa da, bizim mallarımızı qorumaq üçün çanından belə keçməyə hazır idi. Mən o adamların qarşısına çıxıb nəsihət verməyə başladım, onları başa salmaqa çalışdım ki, quldurluq və soyğunçuluq yaxşı iş deyil. Mənim nəsihətim təsir göstərdi, onlar hətta qarət etdikləri bəzi malları geri qaytardılar”.

 

Xülasə, Həzrət Bəhaullah cənab Tahirə və onun qulluqçusu ilə birlikdə Nura getdi. Həzrət Tahirəni qorumağı Şeyx Əbu Turaba həvalə etdi. Bu arada düşmənlər var qüvvələri ilə çalışırdılar ki, Məhəmməd şahı Həzrət Bəhaullaha qarşı qəzəbləndirsinlər. Onlar şaha deyirdilər: “Şahrudda və Mazandaranda baş verən hadisələrin əsas səbəbkarı və günahkarı şəxsən Həzrət Bəhaullahın özüdür”. O qədər dedilər ki, axırı şahın Həzrət Bəhaullahın həbsinə fərman verməsinə nail oldular. Deyilənə görə, Məhəmməd şah düşmənlərin Həzrət Bəhaullah barədə dediklərini eşidəndən sonra bir gün bərk qəzəblənərək, söyləmişdi: “Onun atası mənim məmləkətimə böyük xidmətlər göstərdiyinə görə, mən indiyədək Onun barəsində eşitdiklərimə əhəmiyyət vermirdim. Amma bu dəfə qərara gəlmişəm ki, Onu edam edim”. Şahın Tehrandakı əyanlarından birinin oğlu Mazandaranda yaşayırdı. Şah ona göstəriş verdi ki, oğluna Həzrət Bəhaullahı tutub Tehrana gətirmək barədə xəbər göndərsin. Bu şəxsin oğlu Həzrət Bəhaullahın səmimi və həqiqi tərəfdarlarından idi. İş elə gətirdi ki, onun Həzrət Bəhaullahı öz evinə dəvət etdiyi günün gecəsi Tehrandan göndərilmiş hökmü ona çatdırdılar. Gənc həmin hökmü görüb çox pərişan oldu, amma bu barədə heç kimə bir söz demədi. Gəzrət Bəhaullah onun evində qonaq olarkən, üzündəki hüzn və kədəri sezdi və nəsihətamiz bir ahənglə buyurdu: “Hər bir işdə Tanrıya arxalan!” Ertəsi gün Tehrandan bir süvari gəldi və Həzrət Bəhaullahın qonaq olduğu evin sahibinə yaxınlaşıb Mazandaran ləhcəsi ilə ucadan dedi: “Məhəmməd şah öldü”. Gənc ev sahibi bu xəbəri eşidən kimi, üzündəki kədər yoxa çıxdı və bütün əhvalatı Həzrət Bəhaullaha nəql etdi. Nəticəsi bu oldu ki, o daha bir gün möhtərəm qonağının hüzurundan bəhrələnmək imkanı qazandı.

Cənab Qüddusa gəldikdə isə, o, yolda düşmənlərin əlinə keçdi və Sari şəhərində oranın böyük müctəhidlərindən sayılan Mirzə Məhəmməd Tağının evində dustaq edildi. Qalan əshabələr isə Niyala hadisəsindən sonra ətrafa səpələndilər və Bedəştdə baş vermiş qəribə hadisələri digər möminlərə danışdılar.

bottom of page