top of page

İyirminci Fəsil

Əvvəlki Fəslin Davamı

YUXARIDA DEDİK Kİ, Mehdiqulu Mirzə məğlub olub qaçdı, qoşunu da ətrafa səpələndi. Bundan sonra şahzadə Mehdiqulu Mirzə yenidən qüvvə toplayıb qaladakı əshabələrə hücum etmək qərarına gəldi. Əshabələr bir daha böyük və güclü qoşun tərəfindən mühasirəyə alındılar. Qoşuna Abbasqulu xan Laricani və Süleyman xan Əfşar sərkərdəlik edirdilər. Bu iki nəfər piyada və süvarilərdən ibarət çoxsaylı bir qüvvə ilə gəlib şahzadə Mehdiqulu Mirzənin qoşununa qoşulmuşdular. Onlar qalanın yaxınlığında düşərgə salmışdılar və qalanın ətrafında müdafiə xətti olaraq, yeddi səngər qazmışdılar. Əgər əshabələr qaladan çıxsaydılar, bu yeddi maneəni keçmədən qoşunun mərkəzinə çata bilməzdilər. Əsgərlər hər gün hədsiz təkəbbürlə döyüş məşqləri keçirir və bu yolla da qüvvələrini mühasirədə olanlara nümayiş etdirmək istəyirdilər. Qaladakı əshabələr susuz qalıb qalanın ortasında quyu qazmağa məcbur oldular. Rəbiül-əvvəl ayının 8-də (1849-cu il fevral ayının 2-də) quyunun qazılması başa çatdı. Cənab Molla Hüseyn quyunun qazılıb qurtardığını görüb əshabələrə dedi: “Tezliklə biz yuyunacağıq və bunun üçün çoxlu suyumuz olacaq. Biz yuyunduğumuz gün bütün toztorpağımız təmizlənəcək və biz qadir Allahın dərgahına tələsib əbədi həyata qovuşacağıq. Kim şəhidlik şərabını içmək istəyirsə, özünü hazırlasın və öz dininin qələbəsi yolunda qanını tökmək üçün həyatının son saatlarını gözləsin. Kim mənimlə getmək istəyirsə, bu gecə dan yeri ağarmamış hazır olsun. Biz qaladan çıxıb yolumuzu kəsmiş zülmət qoşununu pərən-pərən salacağıq və özümüzü əbədi izzət məkanına çatdıraçağıq”. Həmən gün axşam çağı cənab Molla Hüseyn dəstəmaz alıb təzə paltarlarını geyindi, Həzrət Babın əmmaməsini başına qoydu və özünü müdafiəyə hazırladı. Cənab Molla Hüseynin üzü işıq saçırdı, simasında hədsiz sevinc əla mətləri aydın görünürdü. O, dostlarla elə danışırdı ki, sanki onlarla vidalaşırdı, sonuncu dəfə onları şücaətli və dözümlü olmağa təşviq edirdi. Bir müddət də o, cənab Qüddusun hüzurunda oldu. O, tam itaətkarlıqla cənab Qüddu sun qarşısında əyilmiş di, cənab Qüddus onunla söhbət edir, onu ruhlan dırırdı. Arabir onlar Həzrət Babı xatırlayır, bəzən də cənab Qüddus öz ruhani kəşfləri ilə Molla Hüseyni feyzyab edirdi. Beləcə, o gecənin böyük bir hissəsi arxada qaldı və dan ulduzu doğdu. Həmin ulduzun çıxması Molla Hüseynə müjdə ver di ki, tezliklə bənzərsiz Məhbubun vüsal gününün şəfəqi parlayacaqdır.

Cənab Babülbab yerindən qalxıb atına mindi və göstəriş verdi ki, qalanın qapısını açsınlar. Bu zaman dostlardan üç yüz on üç nəfəri düşmənə həmlə etmək üçün onunla birlikdə qaladan çıxdılar və “ya Sahib əz-Zaman!” deyə qışqırdılar. Əshabələrin səsi meşəyə yayılıb hər tərəfdən əks-səda verdi. Cənab Molla Hüseyn birinci səngərə hücum etdi. Bu səngəri Zəgəriya Qadigəlayi qoruyurdu. Babülbab qısa bir zamanda səngəri darmadağın edib Zəgəriyanı öldürdü və onun əsgərlərini pərən-pərən saldı. Bundan dərhal sonra ikinci və üçüncü səngəri də ələ keçirdi. O, irəlilədikcə düşmən əsgərləri vahiməyə düşür, qorxu və dəhşətdən ümidsizliyə qapılırdılar. Hər tərəfdən əshabələrin və Babülbabın başına güllə yağış kimi yağırdı, lakin onlar buna fikir verməyib durmadan irəli şığıyırdılar. Beləcə onlar bütün səngərləri tutub istehkamları dağıtdılar. Bu arada Abbasqulu xan Laricani bir ağacın başına çıxıb budağların arasında gizləndi və əshabələri müşahidə etməyə başladı. Onun öz ətrafı qaranlıq idi və o, yanan məşəllərin işığında Babülbabı və əshabələri yaxşıca görə bilirdi. Cənab Molla Hüseyn atın belində irəliləyirdi. Birdən onun atının ayağı orada qurulmuş çadırlardan birinin kəndirinə ilişdi. O, atının ayağını kəndirdən açmaq istərkən, qəfildən xəyanətkar düşmənin, yəni Abbasqulu xan Laricaninin gülləsinə tuş gəldi. Güllə dərinə işləmişdi. Babülbabın yarasından çoxlu qan axırdı. Abbasqulu xan kimi yaraladığını bilmirdi. Molla Hüseyn atdan düşüb bir neçə addım irəlilədi, lakin qüvvəsi tükəndiyindən dayana bilməyib yerə yıxıldı. Babülbabın əshabələrindən olan Qulu və Həsən adlı iki xorasanlı gənc tez özlərini yetirib onu yerdən qaldırdılar və qalaya apardılar.

Molla Sadiq və Molla Mirzə Məhəmməd Füruği bu barədə mənə (müəllifə) belə danışmışdılar: “Molla Hüseyni qalaya gətirdikləri zaman biz hər ikimiz qalada cənab Qüddusun hüzurunda idik. Babülbab cənab Qüddusun yanına gətirilən kimi o bizə dedi ki, hamınız bayıra çıxın, heç kəs burada qalmasın. Molla Hüseyni huşsuz halda cənab Qüddusun hüzurunda qoydular. Hamı otaqdan çıxdı. Cənab Qüddus Mirzə Bağıra əmr etdi ki, qapını bağlasın və heç kəsi içəri buraxmasın. Və dedi ki, bizim bəzi gizli işlərimiz var, heç kəs onları bilməməlidir. Biz cənab Qüddusun bu sözlərindən heyrətə düşdük və qapının ağzında durub gözləməyə başladıq. Bir neçə saniyədən sonra Molla Hüseynin səsini eşitdik. O, Həzrət Qüddusla söhbət edir və onun suallarına cavab verirdi. Bu söhbət iki saat çəkdi. Biz Mirzə Məhəmməd Bağırın həyəçanlı və narahat olduğunu görüb daha da təəccübləndik. Sonradan o bizə danışdı ki, mən qapının deşiyindən otağa baxırdım. Cənab Qüddus Molla Hüseynin adını çəkən kimi o, dərhal qalxıb oturdu və əvvəllər olduğu tək başını əyib gözlərini yerə dikdi. O, cənab Qüddusun sözlərinə diqqətlə qulaq asır, nə soruşurdusa, cavab verirdi. Mən eşitdim ki, Həzrət Qüddus ona deyir: “Məndən çox tez ayrıldın, məni düşmənlərin əlində qoyub getdin. Çox keçməz ki, inşallah, mən də sənin yanına gələrəm və səninlə birlikdə ilahi nemətlərdən bəhrələnərəm”. Sonra eşitdim ki, Molla Hüseyn cənab Qüddusa deyir: “Canım sizə fəda olsun, məndən razısınızmı?!” Bir müddətdən sonra cənab Qüddus Mirzə Məhəmməd Bağıra əmr etdi ki, qapını açsın. Əshabələr içəri daxil oldular. Cənab Qüddus buyurdu: “Mən Molla Hüseynlə xudahafizləşdim və indiyə qədər haqqında danışmadığımız bir sıra işlərdə onunla şərik oldum”. Biz baxıb gördük ki, Molla Hüseyn artıq keçinib və üzünə xəfif bir təbəssüm qonub. Elə rahat və arxayın görünürdü ki, sanki yatmışdı. Onu kəfənləyərkən cənab Qüddus özü gəlib Babülbabın cəsədini kəfənə bükdü və göstəriş verdi ki, cəsəd Şeyx Təbərsinin məqbərəsinin cənub tərəfində dəfn olunsun. Sonra yenidən cəsədə yaxınlaşıb Molla Hüseynin üzündən və gözlərindən öpərək dedi: “Xoş sənin halına ki, həyatının son dəqiqəsinə qədər Allahın əhdinə sadiq qaldın. Ümidvaram ki, bizim aramıza heç vaxt ayrılıq düşməyəcək”. Cənab Qüddus bu sözləri elə yanıqlı şəkildə dedi ki, orada olan yeddi nəfər əshabə ixtiyarsız olaraq ağlamağa başladı. Əshabələr elə ürəkdən ağlayırdılar ki, əgər mümkün olsaydı, canlarını Babülbaba qurban verərdilər. Cənab Qüddus Babülbabın cəsədini öz əli ilə qəbrə qoydu və orada olan əshabələrə dedi: “Babülbabın dəfn olunduğu yeri hamıdan gizli saxlayın. Hətta digər əshabələr də bilməməlidirlər ki, Babülbabın qəbri haradadır. Heç kəsə bu barədə məlumat verməyin”. Sonra göstəriş verdi ki, həmin döyüşdə şəhid olmuş daha otuz altı nəfər əshabəni Şeyx Təbərsinin məqbərəsinin şimal tərəfində bir qəbirdə basdırsınlar. Cəsədlər qəbrə qoyulan zaman cənab Qüddus dedi: “Allahın dostları da müqəddəs Əmrin bu şəhidləri kimi olmalıdırlar. Bunlar öldükləri zaman da bir yerdədirlər, dostlar da həyatda daim birgə olmalıdırlar”. Həmən gecə döyüş meydanında əshabələrdən təqribən doxsan nəfəri yaralanmışdı”.

Hicri 1264-cü il zilqədə ayının 12-dən (1848-ci il oktyabr ayının 10-dan), yəni düşmənlərin əshabələri hücum etdiyi ilk gündən cənab Molla Hüseynin vəfat etdiyi günə, yəni 1265-ci il rəbiül-əvvəl ayının 9-na (1849-cu il fevral ayının 3-nə) qədər keçən müddət ərzində Mirzə Məhəmməd Bağırın hesablamasına görə, əshabələrdən 72 nəfəri şəhid olmuşdu. Və Molla Hüseynin düşmən hücumuna məruz qaldığı ilk gündən onun şəhid olduğu günə qədər 116 gün vaxt keçmişdi. Bu müddət ərzində necə də qəribə hadisələr baş vermişdi, cənab Molla Hüseyn necə də qeyri-adi şücaətlər göstərmişdi! Həmin dövrdə Molla Hüseynin göstərdiyi igidliklər o qədər heyrətamiz idi ki, hətta ən qatı düşmənləri də onun qəhrəmanlığını etiraf edir, onun şücaətindən dəhşətə gəlirdilər. Cənab Babülbab dörd dəfə çox az adamın qadir olduğu hədsiz igidlik və şücaət nümayiş etdirmişdi. İlk dəfə bu, zilqədə ayının 12-də (oktyabrın 10-da) Barfüruş yaxınlığında baş vermişdi. İkinci dəfə məhərrəm ayının 5-də (dekabrın 1-də) Şeyx Təbərsi qalasının həndəvərində Babülbab Abdullah xan Türkmanın əsgərləri ilə üz-üzə gələrkən, onun qeyri-adi igidliyi hamıya bəlli olmuşdu. Üçüncü dəfə onun qəhrəmanlığı məhərrəm ayının 25-də (dekabrın 21-də) Vəsəksdə şahzadə Mehdiqulu Mirzənin qoşunu ilə vuruşduğu zaman üzə çıxmışdı. Dördüncü—sonuncu dəfə göstərdiyi igidlik hamısından mühüm və heyrətamiz idi. Bu da o vaxt baş vermişdi ki, Abbasqulu xan, şahzadə Mehdiqulu Mirzə və Süleyman xan Əfşar əlbir olub bütün qüvvələrini işə salmışdılar və böyük döyüş təcrübəsinə malik 45 zabiti də öz qoşunlarına cəlb etmişdilər. Cənab Molla Hüseyn bütün təhlükəli hadisələrdən və qızğın döyüşlərdən qalib çıxmış, çoxsaylı və nizamlı qoşun hissələrini darmadağın edib pərən-pərən salmışdı. Onun ən müxtəlif vəziyyətlərdə göstərdiyi çeşidli qəhrəmanlıqların ayrıayrılıqda hər biri, uğrunda mübarizə apardığı və qanını belə qurban verdiyi mübarək Əmrin həqiqiliyini sübuta yetirmək üçün kifayət idi. Cənab Molla Hüseyn hələ yeniyetməlik çağlarından öz nəcibliyi və gözəl əxlaqı ilə seçilirdi. Elm və bilikdə, sədaqət və səmimiyyətdə, ədalət və insafda o, yüksək dərəcəyə və ali məqama çatmışdı. Məhz bu keyfiyyətlərinə görə cənab Babülbab öz canını mübarək Əmrin yolunda fəda edib şəhid olmuş şəxslər içərisində hamıdan üstün idi. Şəhidlik şərabını içdiyi zaman onun mübarək ömrünün otuz altı ili arxada qalmışdı. Cənab Molla Hüseyn Kərbəlaya gedib Seyyid Kazım Rəştinin yanında dərs oxumağa başladığı zaman on səkkiz yaşında idi. O, doqquz il Seyyidin hüzurunda dərs almış və beləliklə, Həzrət Babın çağırışını qəbul etməyə hazır olmuşdu. Ömrünün qalan hissəsini isə Əmrin xidmətinə həsr etmiş, heyrətamiz fədakarlıqlar göstərmiş və nəhayət, şəhidlik meydanına atılmışdı. Cənab Molla Hüseynin həyatı və fəaliyyəti heç zaman unudulub yaddan çıxmayacaq, onun olduğu şəhərlərin tarixinin səhifələrində daim bütün parlağlığı ilə özünü göstərəcəkdir.

Düşmən qoşunu elə ağır məğlubiyyətə uğramışdı ki, biabırçı bir hala düşüb döyüş qabiliyyətini itirmişdi. Dağılmış və ətrafa səpələnmiş qüvvələri toplamaq çox çətin idi, buna görə də onlar qaladakı əshabələrə hücum edə bilmədilər. Yalnız qırx beş gündən sonra qoşunun pərakəndə hissələrini bir yerə cəmləmək mümkün oldu. Artıq Novruz bayramı gəlib çatmışdı. Havalar o qədər soyuq idi ki, düşmən əshabələr üzərinə hücumu təxirə salmaq məcburiyyətində qaldı. Hücum təxirə salınsa da, sərkərdələr qəti şəkildə öz əsgərlərinə əmr etdilər ki, heç kəsin qaladakı əshabələrin köməyinə yetməsinə imkan verməşnlər. Qaladakı əshabələr ərzaq sarıdan çətin vəziyyətə düşdülər. Belə olduqda, cənab Qüddus Mirzə Məhəmməd Bağıra göstəriş verdi ki, cənab Babülbabın çətin günlər üçün saxladığı düyünü əshabələr arasında bölüşdürsün. Düyü bölüşdürüldükdən sonra Həzrət Qüddus əshabələri yanına çağırıb dedi: “Kim qarşıda bizi gözləyən bəla və müsibətlərə dözə biləcəksə, qalada qalsın və kim öz vücudunda qorxu və tərəddüd hiss edirsə, dərhal qaladan çıxıb özünü təhlükəsiz bir yerə çatdırsın. Kim gedəcəksə, tez getsin, çünki tezliklə düşmənlər bizi mühasirəyə alıb üstümüzə hücum edəcəklər. Yollar hər tərəfdən üzümüzə bağlanacaq, başımıza böyük bəlalar yağacaq və biz görünməmiş müsibətlərə düçar olacağıq”.

Cənab Qüddusun bu sözləri söylədiyi gecə Mirzə Hüseyn Mütəvəlli adlı bir şəxs qaladakı əshabələrə xəyanət edərək, Abbasqulu xan Laricaniyə məktub yazdı. Məktubun məzmunu belə idi: “Nə üçün başladığınız işi axıra çatdırmırsınız? Məgər bilmirsiniz ki, Molla Hüseyn ölüb və onun ölümü ilə sizin düşməninizin işləri pozulub?! Hər şeyin başında Molla Hüseyn dururdu. Siz ki onu aradan götürmüsünüz, bəs niyə işinizi sona çatdırmırsınız?! Əgər o vaxt bircə gün də sərf etsəydiniz, düşmənə üstün gələrdiniz. Mən sizə bildirirəm ki, artıq düşmənlərinizi məhv etmək üçün böyük qoşuna ehtiyac yoxdur. Əgər yüzcə nəfər döyüşkən əsgər göndərsəniz, iki günə qalanı ələ keçirə bilərsiniz və qaladakılar qeydşərtsiz sizə təslim olarlar. Çünki bunlar ərzaq sarıdan korluq çəkirlər, hamısı acdırlar və hədsiz məşəqqət içərisindədirlər”.

Mirzə Hüseyn Mütəvəlli məktubu yazıb möhürlədi və Seyyid Əli Zərkərə verdi. Seyyid Əli əshabələr arasında bölüşdürülən düyüdən öz payını aldıqdan sonra gecə yarısı qaladan qaçdı və məktubu Abbasqulu xan Laricaniyə çatdırdı. Abbasqulu xan bu şəxsi tanıyırdı. Həmən vaxt Abbasqulu xan qalanın dörd fərsəxliyində yerləşən bir kənddə dayanmışdı və bilmirdi ki, nə etsin. Gah istəyirdi ki, Tehrana—şahın hüzuruna getsin, amma məğlub olub biabırçı şəkildə qaçdığına görə utanırdı. Gah da vətəninə, yəni Laricana qayıtmaq fikrinə düşürdü, amma ora da getsəydi, məğlubiyyətinə görə dostlarının və qohumlarının məzəmməti ilə üzləşəcəkdi. Beləcə fikirləşəfikirləşə qalmışdı ki, nə etsin. Səhər yuxudan durduğu zaman Seyyid Əli Zərkər Mirzə Hüseyn Mütəvəllinin məktubunu ona verdi. Abbasqulu xan yalnız onda bildi ki, Molla Hüseyn öldürülüb. Bunu bilən kimi beynində yeni fikir doğdu. Seyyid Əli Zərkərin Molla Hüseynin ölüm xəbərini başqalarına da çatdıracağından ehtiyatlanıb dərhal onu öldürdü və qəribə bir hiyləgərliklə bu qətllə bağlı şübhələri özündən uzaqlaşdırdı. O, istəyirdi ki, başqa sərkərdələr qalaya hücum etməzdən qabaq özü bu işi həyata keçirsin və beləliklə, qalanın alınması onun adına yazılsın. Bir tərəfdən Molla Hüseynin öldürüldüyünü, digər tərəfdən də qaladakı əshabələrin aclıq çəkdiyini bildiyinə görə o, qələbəsinə əmin idi. Odur ki, dərhal qüvvə toplayıb Novruzdan on gün əvvəl öz qoşununu qalanın yarım fərsəxliyinə apardı. Əvvəlcə xain Mirzə Hüseyn Mütəvəllinin məktubunda qeyd olunan məsələləri araşdırmaqla məşğul oldu. Məktubda deyilənlərin həqiqət olduğunu yəqin etdikdən sonra səhər tezdən hücum bayrağını qaldırdı. Piyada və süvarilərdən ibarət iki qoşunla qalanı mühasirəyə alıb əsgərlərə əmr etdi ki, qalanın gözətçilərini atəşə tutsunlar.

Mirzə Məhəmməd Bağır tələsik özünü cənab Qüddusun hüzuruna çatdırıb vəziyyət barədə məlumat verdi. Cənab Qüddus buyurdu: “Qalada olan xain bir şəxs cənab Molla Hüseynin ölümünü Abbasqulu xan Laricaniyə xəbər verib. O da Babülbabın vəfatından xəbər tutan kimi fürsəti qəniməti bilərək, bizim qalaya hücum çəkib ki, qələbə qazansın və bu işdə öz rəqiblərindən irəli düşsün. İndi sən əshabələrdən on səkkiz nəfəri ilə birlikdə qaladan çıx və Abbasqulu xanı öz cəzasına çatdır. Qoy bilsin ki, Molla Hüseyn ölmüşsə də, Allahın qüdrəti daim öz dostlarına yardım göstərir və həmişə onların düşmən üzərində qələbə çalmasına şərait yaradır”. Mirzə Məhəmməd Bağır əshabələr içərisindən on səkkiz nəfər seçdikdən sonra göstəriş verdi ki, qalanın qapısını açsınlar. Qapı açılan kimi onlar atlarına minib qaladan çıxdılar və “ya Sahib əz-Zaman!” deyə qışqıraraq, düşmən ordusuna hücuma keçdilər. Abbasqulu xanın qoşunu vahiməyə düşüb qaçmağa başladı və biabırçı şəkildə məğlub oldu. Əsgərlər elə pərən-pərən oldular ki, onların yalnız kiçik bir qismi özünü Barfüruşa çatdıra bildi. Onlar da xəcalətdən başlarını qaldırıb camaatın üzünə baxa bilmirdilər. Abbasqulu xan elə qorxmuşdu ki, özünü atın belindən yerə atıb qaçmağa başlamışdı. Atdan düşən zaman onun ayaqqabılarından biri üzəngiyə ilişib qalmışdı. Amma başını itirən Abbasqulu xan bundan xəbər tutmayıb bir ayağı yalın, bir ayağı isə ayaqqabılı halda qoşununun ardınca götürülmüşdü. Və tez özünü şahzadə Mehdiqulu Mirzənin yanına yetirib qorxa-qorxa məqlub olduğunu ona xəbər vermişdi.

Mirzə Məhəmməd Bağır yoldaşları ilə birlikdə sağ-salamat qalaya qayıtdı. O, düşmənin atıb getdiyi bayrağı əlində tutmuşdu. Qalaya daxil olduqdan sonra Mirzə Məhəmməd Bağır həmin bayrağı hədsiz sevinclə cənab Qüddusa təqdim etdi. Bütün əshabələr düşmənin məğlub olduğunu görüb son dərəcə sevindilər və bir daha əmin oldular ki, iman və inamın gücü düşmən üzərində qələbə çalmaq üçün kifayətdir. Yeməyə bir şey olmadığı üçün əshabələr düşmən ordusundan tutub gətirdikləri atların ətini bişirib yeyirdilər və hədsiz mətanətlə bütün çətinliklərə dözürdülər. Onlar daim Həzrət Qüddusun göstərişlərini yerinə yetirməyə çalışır, digər məsələlərə əhəmiyyət vermirdilər. Qarşıya çıxan cürbəcür çətinliklər, düşmənlərin həmlələri və sair işlər onları zərrə qədər də keçmiş dostların yolundan sapdırmırdı. Onlar da əvvəlki dostlar kimi sonsuz dözüm və şücaət nümayiş etdirərək, Əmrin qələbəsi yolunda əllərindən gələni əsirgəmirdilər. Doğrudur, bəzi zəif qəlbli şəxslər bəlaların gücləndiyi zaman bu yolda büdrədilər, lakin onların işləri o qədər cılız idi ki, tamamilə təsirsiz qaldı və büsbütün unuduldu. Ən çətin anlarda və ən ağır müsibətlərdə öz məsləkindən dönməyən fədakar və cəsur əshabələrin əməllərinin işığı miskin xainlərin xəyanət və satqınlığını kölgədə qoyaraq puça çıxartdı.

Saridə düşərgə salmış şahzadə Mehdiqulu Mirzə Abbasqulu xanın məğlub olub qaçmasına çox sevindi. Əlbəttə, o, qaladakı əshabələri tamamilə məhv etmək arzusuida idi, lakin qələbə şərəfini təkbaşına qazanmaq istəyən rəqibi Abbasqulu xanın bu niyyətinin baş tutmaması onun ürəyindən oldu. O, dərhal Tehrana məktub yazıb kömək istədi və tələb etdi ki, Tehrandan ona hərbi sursat, toplar və digər döyüş vasitələri göndərsinlər. Şahzadə bu qərara gəlmişdi ki, bu dəfə qalanı mühasirəyə alıb, nə yolla olursa-olsun, əshabələri məğlub edəcək və qalanı ələ keçirəcəkdir.

Düşmənlər yeni hücuma hazırlaşdıqları zaman cənab Qüddusun əshabələri bütün çətinliklərə etinasız yanaşaraq, Novruzu bayram etməyə hazırlaşırdılar. Bayram günü onlar öz fəzlini və inayətini onlardan əsirgəməyən ulu Tanrıya şükürlər etdilər, aclığı və təhlükələri unudub müxtəlif şerlər oxudular. Gecələr əshabələrin sədası ətrafa yayılırdı, gündüzlər onların söylədiyi “Rəbbimiz pak və müqəddəsdir, mələklərin və ruhun Rəbbidir!” cümləsi hər yanda eşidilirdi. Həmin cümlənin dönə-dönə təkrarlanması əshabələri ruhlandırır, onların inam və cəsarətini daha da artırırdı.

Düşmən ordusundan tutulub gətirilmiş atlar büsbütün yeyilib qurtarmışdı. Qalan heyvan bircə inək idi ki, onu Hacı Nəsir Qəzvini bir güncdə bağlamışdı. O, hər gün inəyi sağıb cənab Qüddus üçün südlü aş bişirir və hüzuruna aparırdı. Həzrət Qüddus həmin südlü aşdan bir qədər yeyir, qalanını da yanındakı əshabələrə verib deyirdi: “Cənab Molla Hüseyn məndən ayrıldığı gündən heç bir yemək mənə ləzzət vermir. Digər tərəfdən, dostlarımın son dərəcə ac olduğunu və taqətsiz halda ətrafımda oturduqlarını görəndə ürəyim yanır, qəlbim alovlanır”.

Bütün bu çətinliklərə və əziyyətlərə baxmayaraq, cənab Qüddus “Sad”ın təfsirini yazmaqda davam edir, eyni zamanda öz söhbətləri ilə dostları dözümlü və mətanətli olmağa səsləyirdi. Mirzə Məhəmməd Bağır hər gün səhər və axşam əshabələri yığıb “Sad”ın təfsirinin bir hissəsini onlara oxuyurdu. Ona qulaq asdıqca, əshabələrin şücaət atəşi şölələnir, vücudlarında yeni ümid yaranırdı. Molla Mirzə Məhəmməd Füruği mənə (müəllifə) deyirdi: “Allah şahiddir ki, biz aclığa fikir vermirdik və yemək dərdi çəkmirdik. Oxunan ayələrin təsiri bizə hər şeyi unutdurmuşdu. Bu təsir o qədər güclü idi ki, əgər bir neçə il də həmin minvalla keçsəydi, biz ümidsizliyə qapılmazdıq və inamımızı itirməzdik. Nə zaman ki, ərzaq çatışmamazlığı azacıq da olsa, bizim qətiyyətimizi sarsıtmağa, gücümüzü zəiflətməyə cəhd edirdi, o zaman Mirzə Məhəmməd Bağır dərhal cənab Qüddusun hüzuruna gedib vəziyyəti bildirirdi. O da bizim yanımıza gəlirdi. Onun nurani simasını görüb sehrli nitqini eşidən kimi bizim ümidsizliyimiz ümidə, kədər və qüssəmiz sevinc və şadlığa çevrilirdi. Bizə elə gəlirdi ki, əgər həmin an bütün düşmənlər qəflətən üstümüzə hücum çəksələr, biz bir göz qırpımında onları darmadağın etməyə qadirik”.

O vaxt Novruz bayramı hicri 1265-ci il rəbiüs-sani ayının 26-na (1849-cu il mart ayının 21-nə) təsadüf etdi. Bayram günü cənab Qüddus əshabələrə müraciət məktubu yazdı və həmin müraciət əshabələrə oxundu. Müraciətin məzmunu belə idi ki, tezliklə qarşımıza ağır sınaqlar çıxacaq, yeni müsibətlər baş verəcək və əshabələrin bir çoxu şəhid olacaq. Bundan bir neçə gün sonra şahzadə Mehdiqulu Mirzə böyük bir qoşunla qalanın yaxınlığına gəldi. Süleyman xan Əfşar, Abbasqulu xan Laricani və Cəfərqulu xan da hərəsi öz qüvvələri ilə şahzadəyə qoşulmuşdular. Bundan əlavə, qırx nəfər zabit də şahzadənin köməyinə gəlmişdi. Onlar qalanın yaxınlığındakı müxtəlif nöqtələrdə səngərlər və xəndəklər qazdılar, döyüş istehkamları qurdular. Bəha ayının 9da topçuların rəisi qalanı top atəşinə tutmaq barədə əmr verdi.

Hər tərəfdən mərmi yağdığı zaman cənab Qüddus öz otağından çıxıb qalanın həyətinə gəldi və gəzişməyə başladı. Cənab Qüddusun simasından sevinc yağırdı, üzü gülürdü, son dərəcə inamlı və arxayın görünürdü. Birdən bir top mərmisi cənab Qüddusun qarşısında yerə düşdü. O, tam soyuqqanlı və etinasız halda ayağı ilə mərmini kənara itələyib buyurdu: “Bu zalımlar gör nə qədər Tanrının qəzəbindən xəbərsiz və qafildirlər! Məgər bunlar bilmirlərmi ki, o boyda qüdrət sahibi olan Nəmrudu Tanrı ağcaqanad kimi zəif bir məxluğun vasitəsilə həlak etdi?! Məgər bilmirlərmi ki, Ad və Səmud tayfalarını güclü gülək vasitəsilə məhv etdi?! Əgər bilirlərsə, onda nə üçün Allahın əsgərlərini qorxutmaq üçün bu qədər səy göstərirlər? Halbuki bu igid əsgərlər və şücaətli əshabələr hakimiyyətin gücünə əhəmiyyət vermirlər, onu kölgə tək ötəri sayırlar”. Sonra o, üzünü əshabələrə tutub dedi: “Siz həmən əshabələrsiniz ki, Həzrət Rəsul-əleyhissalam sizin haqqınızda buyurub: “Axır zamanda gələcək qardaşlarım üçün necə də darıxıram! Onlar xoşbəxtdirlər, biz də xoşbəxtik, amma onların xoşbəxtliyi bizim xoşbəxtliyimizdən üstündür”. Diqqətli olun, qoymayın ki, nəfs və istəklər sizə üstün gəlsin və beləliklə, siz bu böyük məqamınızı itirəsiniz. Zalımların hədəsindən qorxmayın, kafirlərin gücündən çəkinməyin. Sizin hər biriniz üçün bir vaxt ayrılıb və bir saat müəyyən edilib. Əcəl yetişəndə, nə düşmənlərin hücumu, nə də dostların yardımı buna təsir göstərə bilməz. Heç kəs heç kəsin əcəlini irəliyə, yaxud geriyə çəkməyə qadir deyil. Əgər bütün dünya sizin əleyhinizə qalxsa belə, Tanrının müəyyənləşdirdiyi vaxtdan əvvəl sizə bir şey edə bilməz. Müəyyən olunmuş vaxt bir dəqiqə də artan, yaxud azalan deyil. Əgər siz bu top mərmilərindən qorxuya düşsəniz, bilin ki, özünüzü Allahın himayəsinin alınmaz qalasından kənarda qoymuş olarsınız”.

Əshabələr bu sözləri dinlədikcə ruhlanır, qəlblərində inam aşıbdaşırdı. Yalnız vücudunu qorxu bürümüş bir neçə zəif qəlbli şəxs qalanın heç kəsin görmədiyi bir guşəsində toplaşıb digər əshabələrin sədaqət, şücaət və fədakarlığını kin, qəzəb və vahimə ilə seyr edirdilər. Bir neçə gün dalbadal şahzadə Mehdiqulu Mirzənin qoşunu qaladakı əshabələrin üstünə top mərmiləri yaqdırdı. Şahzadənin əsgərləri təəccüblənir və eyni zamanda heyrətlənirdilər ki, nə üçün topların atəşi qaladakı əshabələrin dua və namazına son qoymur və onlar top atəşinin sədaları altında zikr və dualarına davam edirlər. Onlar gözləyirdilər ki, qaladakı əshabələr təslim olacaqlar, amma əvəzində qaladan azan səsi, sevinc sədaları, Quran ayələri, münacat və dualar eşidirdilər.

Əshabələrin bu şücaəti hamıdan çox Cəfərqulu xanı qəzəbləndirib özündən çıxardı. O, nə yolla olursa-olsun, əshabələrin iradəsini qırmaq qərarına gəldi. Buna görə də göstəriş verdi ki, bir qüllə düzəltsinlər. Qüllə hazır olan kimi o, qüllənin üstünə bir top qoyub qalanın həyətini hədəf seçdi. Bunu görən cənab Qüddus Mirzə Məhəmməd Bağıra əmr etdi ki, gedib o alçaq və xudpəsənd şəxsin cəzasını versin, Abbasqulu xanı necə zəlil və xar etmişdisə, Cəfərqulu xanı da eləcə miskin hala salsın. Cənab Qüddus Mirzə Məhəmməd Bağıra dedi: “Gərək bu şəxsə anladasan ki, Tanrının şücaətli dostları və sadiq bəndələri igidlikdə şirə bənzərlər. Şir ac olanda qəzəblənir və şücaəti ən yüksək səviyyəyə çatır. Qaladakı əshabələr də şir kimidirlər. Ona başa sal ki, bu əshabələr aç qaldıqca qəzəbləri coşubçağlayır və düşmən üzərinə həmlələri daha da amansız olur”. Mirzə Məhəmməd Bağır dostlardan on səkkiz nəfəri ilə birlikdə atlanıb qaladan çıxdı. Onlar əvvəlki vaxtlara nisbətən qat-qat ucadan “ya Sahib əz-Zaman!” deyə qışqıraraq, düşmən qoşununu qorxuya və vahiməyə saldılar. Cəfərqulu xan və onun əsgərlərindən otuz nəfər əshabələrin qılıncına yem oldular. Əshabələr qülləyə hücum edib onu dağıtdılar və topu qüllənin üstündən yerə atdılar, eyni zamanda bir sıra səngərləri və istehkamları da sıradan çıxartdılar. Bu arada axşam düşdü, hava qaraldı və onlar hücumu dayandırmalı oldular. Belə olmasaydı, onlar düşmən qoşununun qalan hissəsinin də cəzasını verəcəkdilər. Əshabələr hamısı sağ-salamat qalaya qayıtdılar. Onlar düşməndən qalmış bir neçə atı da özləri ilə qalaya gətirdilər. Düşmən qoşunu elə ağır zərbə almışdı ki, bundan bir neçə gün sonra da hücuma hazır ola bilmədi. Həmin vaxt düşmənin hərbi sursat anbarında qəflətən yanğın və partlayış baş verdi. Nəticədə düşmən topxanasının bir neçə zabiti və çoxlu əsgərlər həlak oldular. Bu hadisə ona gətirib çıxardı ki, onlar sonrakı bir ay ərzində qaladakı əshabələrə hücum edə bilmədilər.

Bu müddətdə bəzi əshabələr arabir qaladan çıxır və çöllükdən quru ot yığıb açlığı dəf edirdilər. Atların əti qurtarmışdı və əshabələr aclığın şiddətindən çarəsiz qalıb yəhərlərin könünü yeyirdilər, quru otu qaynadıb onunla qidalanırdılar. Bu, çox aqrılıbir mənzərə idi, kim görürdüsə, əshabələrin halına ürəyi yanvfdı. Onların qüvvəsi tükənmiş, bədənləri zəifləmişdi. Həzrət Qüddus tez-tez onların yanına gəlir və nikbin sözlərlə onların dərdini yüngülləşdirir, onlara ümid verirdi.

Cümadiüssani ayının 1-də (aprelin 24-də) düşmən topları qalanı güclü atəşə tutdu. Bundan dərhal sonra piyadalardan və süvarilərdən ibarət olan alaylar qalanı fəth etmək üçün hücuma keçdilər. Həzrət Qüddus düşmənlərin yaxınlaşdığını görür, onların səslərini eşidirdi. Az sonra o, Mirzə Bağırı çağırıb əmr etdi ki, əshabələrdən otuz altı nəfəri özü ilə götürərək, düşmənin qarşısını kəssin və qalanı müdafiə etsin. Həzrət Qüddus ona dedi: “Biz bu qalada məskən saldığımız gündən indiyə qədər heç vaxt öz düşmənlərimizə zülm etməyə razı olmamışıq, onlar bizə hücum etməyincə, biz müdafiəyə qalxmamışıq. İndi də belədir. Əgər bizim məqsədimiz hakimiyyət əldə etmək, silah gücünə kafirlərə qalib gəlmək, onlara qarşı cihad elan etmək olsaydı, heç vaxt bu günə qədər qalada qalmazdıq. Bizim əshabələrin qüdrəti və silahımızın gücü ona çatırdı ki, bütün ümmətlərə qalib gələk. Bizim imkanımız bir vaxtlar Həzrət Rəsuləleyhissəlamın əshabələrinin malik olduğu imkana bərabərdir. Əgər bizim elə məqsədimiz olsaydı, Həzrət Rəsul kimi qılınclarımızı sıyırıb öz düşmənlərimizi məcbur edərdik ki, iman gətirsinlər və dəvəti qəbul etsinlər. Bu qalaya gəldiyimiz gündən bizim məqsədimiz bu olub ki, öz davranışımızla İlahi Dəvətin əzəmətini sübuta yetirək, özümüzü fədakarlığa hazırlayaq, qanımızı din yolunda axıdaq. Müəyyən olunmuş Vaxt yaxındadır, tezliklə gəlib yetişəcək. Biz işlərimizi qurtaranda, müəyyən olunmuş Saat da gəlib çatacaq”.

Mirzə Bağır əshabələrdən otuz altı nəfərini seçib özü ilə götürdü. Onlar atlarına minib qaladan çıxdılar, düşməni pərən-pərən salıb qalibiyyətlə geri döndülər. Düşmənlər əshabələrin “ya Sahib əz-Zaman!” fəryadını eşidən kimi qorxuya düşərək, bayrağlarını atıb qaçdılar. Əshabələr həmin bayrağı götürüb qalaya apardılar. Bu döyüşdə əshabələrdən beş nəfəri şəhid oldu. Onları qalaya gətirib digər şəhidlərin yanında dəfn etdilər.

Şahzadə Mehdiqulu Mirzə öz düşmənlərinin bitib tükənməyən gücünə və qüvvəsinə heyran qalmışdı, Axırı o, qoşunun sərkərdələrini yığıb müşavirə keçirdi və onlara dedi ki, nə yolla olursa-olsun, qalanı ələ keçirmək üçün bir çarə fikirləşsinlər. Sərkərdələrin müşavirəsi üç gün davam etdi. Nəhayət, onlar belə məsləhət bildilər ki, bir neçə gün qalaya hücum etməsinlər, bəlkə əshabələr dəhşətli aclıqdan tənkə gəlib özləri qeydşərtsiz təslim oldular. Şahzadə bu qərarla razılaşıb nəticəsini gözləməyə başladı. Həmin vaxt şahzadənin hüzuruna Tehrandan bir şəxs gəldi. O özü ilə şahın fərmanını gətirmişdi. Bu şəxs Tehran yaxınlığında yerləşən Kənd qəsəbəsindən idi. O, bilirdi ki, həmyerliləri Molla Mehdi Kəndi və onun qardaşı Molla Bağır Kəndi qaladakı əshabələr arasındadır. Buna görə də şahzadədən icazə aldı ki, gedib onlara öyüdnəsihət versin, bəlkə onları ölümdən qurtara bildi. O, qalaya yaxınlaşıb mühafizəçilərə dedi: “Xahiş edirəm, Molla Mehdi Kəndiyə deyin ki, dostlarından biri gəlib, səni görmək istəyir”. Cənab Kəlim danışırdı ki,həmən şəxs özü Tehranda bu hadisəni mənə belə nəql etmişdir: “Bir azdan Molla Mehdi gəlib çıxdı. Yaman qaşqabaqlı idi, şir kimi acıqlı və iti baxışları vardı. Ərəblər kimi uzun aq göynək geymişdi, qılıncını da göynəyin üstündən bağlamışdı, əlində isə ağ dəsmal vardı. Mənə dedi: “Nə sözün varsa, tez de, çünki qorxuram Ağam məni çağıra və mən orada olmayım”. Onun üz-gözündən əzəmət və qüvvət yağırdı. Mən yerimdə donub qalmışdım, onun baxışı və görkəmi məni vahiməyə salmışdı. Birdən ağlıma gəldi ki, onun qəlbində gizli saxladığı bir hissi oyatmaq lazımdır. Buna görə də onun oğlundan söz açdım. Molla Mehdinin Rəhman adlı bir oğlu vardı, onu Kənddə qoyub özü əshabələrə qoşulmuşdu. Molla Mehdi oğlunu çox sevirdi, hər dəfə onu yatırtmaq istəyəndə, beşiyi başında dayanıb özünün qoşduğu şeri oxuyardı, uşaq da eləcə Yuxuya gedərdi. Mən Molla Mehdiyə dedim: “Sənin sevimli oğlun Rəhman tənha və başsız qalıb, səni görmək arzusundadır”. Molla Mehdi cavab verdi: “Rəhmana de ki, həqiqi Rəhmanın məhəbbəti mənim bütün qəlbimi bürüyüb, orada başqalarının məhəbbətinə yer qalmayıb”. Bu sözləri eşidəndə məni ağlamaq tutdu və ixtiyarsız olaraq ucadan dedim: “Allah lənət eləsin o kəsə ki,səni və sənin dostlarını kafir və yolunu azmış adlandırır”. Sonra ondan soruşdum: “Əgər mən qalaya daxil olub sənin yanına gəlsəm, nə olar?” Molla Mehdi cavab verdi: “Əgər qalaya gəlməkdə məqsədin həqiqəti aydınlaşdırmaq və haqqı dərk etməkdirsə, mən böyük məmnuniyyətlə sənə yol göstərməyə hazıram. Əgər məqsədin mənimlə görüşmək və köhnə dostuna baş çəkməkdirsə, mən səni qəbul edirəm. Necə ki, Həzrət Rəsul-əleyhissalam buyurub: “Kafir olsa belə, qonağa hörmət göstərin!” Buna görə də mən səni qəbul edib sənin üçün bişmiş ot və qaynanmış sümük gətirərəm, çünki bunlardan başqa bir şeyim yoxdur Əgər məqsədin gəlib mənə əziyyət verməkdirsə, bil ki, mən özümü müdafiə edərəm və səni tutub bu divarın başından aşağı ataram”. Onun bu qətiyyətini görüb anladım ki, israr etməyin faydası yoxdur. Molla Mehdi o qədər qətiyyətli və şücaətli idi ki, əgər yer üzünün bütün alimləri yığışıb onun imanına xələl gətirmək istəsəydilər, bunun öhdəsindən gələ bilməzdilər, əgər dünyadakı bütün insanlar bir yerə toplaşıb onu tutduğu yoldan döndərməyə çalışsaydılar, bunu bacarmazdılar. Odur ki, dedim: “İçdiyin o şərab sənə nuş olsun ki, bu qədər könlünə yatıb və sənə bir belə bərəkət bəxş edib! Şahzadə and içib ki, kim qalanı tərk etsə, sərbəst buraxılacaq, şahzadənin icazəsi ilə sağ-salamat vətəninə qayıda biləcək, üstəlik ona yol xərci də veriləcək”. Molla Mehdi dedi: “Mən sənin bu sözlərini yoldaşlarıma çatdıraram. Mənimlə başqa işin yoxdur ki?! Mən öz Ağamın yanına qayıtmaq istəyirəm. Daha bundan artıq yubana bilmərəm”. Mən ona dedim: “Allah sənə öz məqsədinə yetişməkdə yardımçı olsun və dadına çatsın!” Molla Mehdi sevincək bir halda cavab verdi: “Allah artıq mənim dadıma çatıb. Əgər Onun köməyi olmasaydı, mənim üçün məhbəsə çevrilmiş Kənddəki evimdən qurtulub bu uca qalaya gələ bilərdimmi?!” Bu sözləri dedikdən sonra o, çıxıb getdi”.

Molla Mehdi əshabələrin yanına qayıdan kimi şahzadənin o şəxsdən eşitdiyi sözlərini onlara çatdırdı. Həmən gün axşam Seyyid Mirzə Hüseyn Qumi öz nökəri ilə birlikdə qaladan çıxıb şahzadənin düşərgəsinə yollandı. Səhərisi aclıqdan tənkə gəlmiş Rəsul Behnəmiri və daha bir neçə nəfər hədsiz kədər və tərəddüd içərisində əshabələrdən ayrıldılar ki, şahzadənin yanına getsinlər. Onlar ümid edirdilər ki, şahzadə öz vədinə əməl edəcəkdir. Lakin qaladan çıxan kimi Abbasqulu xan Laricaninin əmrinə əsasən, onların hamısını tutub qətlə yetirdilər.

Xülasə, bu hadisələrdən bir neçə gün sonra da düşmən qoşunu qalanın ətrafında dayanmışdı, lakin əshabələrlə işi yox idi, onlara heç bir əziyyət vermirdi. Cümadiüssani ayının 16-da (may ayının 10-da) çərşənbə günü şahzadə tərəfindən göndərilmiş bir şəxs qalaya gəlib dedi: “Şahzadə buyurur ki, iki nəfər göndərin, onlarla məxfi şəkildə söhbət edək, bəlkə arada sülh yaratmağa müvəffəq olduq”. Cənab Qüddus Molla Yusif Ərdəbilini və Seyyid Rza Xorasanini danışığa göndərdi və onlara dedi: “Şahzadəyə söyləyin ki, mən sizin fikrinizi həyata keçirməyə hazıram”. Mehdiqulu Mirzə bu iki nəfəri çox yaxşı qarşıladı və göstəriş verdi ki, onlar üçün çay gətirsinlər. Onlar çay içməyə razı olmayıb dedilər: “Bizim möhtərəm başçımız qalada aç olduğu halda, bizim nə isə yeməyimiz, yaxud içməyimiz düzgün iş olmaz. Əgər biz belə bir iş tutsaq, onda necə deyə bilərik ki, ona tabeyik?” Şahzadə sözə başladı: “Necə müddətdir səbəbsiz yerə bizim aramızda döyüş gedir. Həm sizə, həm də bizə xeyli ziyan dəyib. Mən qərara gəlmişəm ki, aramızda olan ixtilafı dinc yolla həll edək”. Bunu deyib yanındakı Quranı götürdü və cənab Qüddusu arxayın etmək məqsədilə “Fatihə” surəsinin haşiyəsində aşağıdakı sözləri yazdı: “Bu müqəddəs Kitaba, onu göndərən Allaha və onu gətirən Peyğəmbərə and içirəm ki, mənim sülh və dostluqdan başqa bir məqsədim yoxdur. Mən aramızda barışıq və dostluğun bərqərar olmasını istəyirəm. Ona görə də qaladan çıxın və əmin olun ki, heç kəs sizə əziyyət verməyəcək. Siz və sizin əshabələriniz Allahın, Həzrət Rəsul-əleyhissalamın və hökmdar Nasirəddin şahın himayəsindəsiniz. Şərəfimə and içirəm ki, nə qoşundan, nə də ətraf yerlərdən heç kəs sizə toxunmayacaq. Əgər ürəyimdə bu yazdıqlarımdan başqa bir niyyətim varsa, qoy qadir Allah məni öz qəzəbinə giriftar eyləsin”. Şahzadə yazdıqlarının aşağısında öz möhürünü də qoydu və birinci vərəqində yuxarıdakı sözlər yazılmış həmin Quranı Molla Yusifə uzadıb dedi: “Bu Quranı öz başçınıza ver və mənim salamımı ona yetir. Mən bu gün axşama yaxın lazım olan qədər at göndərəcəyəm ki, sizin başçınız və onun tərəfdarları düşərgəyə gəlsinlər və məxsusi olaraq onlar üçün qurulmuş çadırlarda qalsınlar. Onların hər birinin öz vətəninə qayıtması üçün zəruri vasitələr tədarük edilənə və yol xərcləri verilənə qədər onlar hamısı mənim qonağım olacaqlar”.

Molla Yusif qalaya qayıtdıqdan sonra cənab Qüddus Quranı ondan alıb ehtiramla öpdü və bu mübarək ayəni oxudu: “Ey Rəbbimiz! Bizimlə tayfamız arasında ədalətlə hakimlik et. Axı Sən hökm verəilərin ən yaxşısısan!” (Əraf surəsi, 89-cu ayə). Sonra üzünü əshabələrə tutub dedi: “Qaladan çıxmağa hazırlaşın. Biz onların dəvətini qəbul edirik. Qoy onlar da Allahı şahid çağırıb verdikləri sözə əməl etsinlər”. Qaladan çıxan zaman cənab Qüddus Həzrət Babın ona göndərdiyi yaşıl əmmaməni başına qoydu (Bu əmmaməni Həzrət Bab cənab Qüddusa Babülbabla eyni vaxtda göndərmişdi və onların hər ikisi şəhid olduqları gün həmin əmmamələri başlarına qoymuşdular). Hamı qaladan çıxıb şahzadənin düşərgəsinə doğru yollandı. Cənab Qüddus şahzadənin xüsusi olaraq onun üçün göndərdiyi ata minmişdi və qabaqda gedirdi. Onun əsasən zadəganlardan və üləmalardan ibarət olan yaxın əshabələri də şahzadənin qalaya göndərdiyi atların belində cənab Qüddusun ardınca hərəkət edirdilər. Qalan əshabələr isə piyada onların arxasınca gedirdilər. Onlar silahlarını və digər şeylərini də özləri ilə götürmüşdülər. Əshabələrin sayı iki yüz iki nəfər idi. Şahzadənin göstərişinə əsasən, cənab Qüddus üçün düşərgəyə yaxın olan Dizva kəndində ümumi hamamın yanında çadır qurmuşdular. Əshabələr də Qüddusun çadırının ətrafında yerbəyer olub dincəlməyə başladılar. Bir müddətdən sonra cənab Qüddus öz çadırından çıxıb əshabələri başına yığdı və onlara bu cür nəsihət verdi: “Siz sözün tam mənasında fədakar olmalısınız ki, başqaları da sizdən nümunə götürsünlər. Sizin fədakarlığınız sayəsində ilahi Əmrin sədası ucalacaq, mübarək Əmrin əzəməti aşkara çıxacaq. Əgər siz fədakar olmasanız, Əmrin yayılmasına maneçilik törədərsiniz, mübarək Əmri hörmətdən salarsınız. Mən Allahdan arzu edirəm ki, sizə tam fədakarlıq bəxş etsin və Onun mübarək Əmrini ucaltmaq, İlahi dinə mükəmməl xidmət göstərə bilmək üçün həyatınızın son saatına qədər sizə yardımçı olsun!”

Günəş qürub edəndən bir neçə saat sonra düşərgədən əshabələr üçün şam yeməyi gətirdilər. Yeməyi iri məcməyilərə tökmüşdülər. Hər məcməyi otuz nəfər üçün nəzərdə tutulmuşdu. Lakin əshabələrin sayı çox idi, gətirilən yemək azlıq edirdi. O vaxt cənab Qüddusun hüzurunda olmuş bəzi şəxslər bu barədə belə danışırdılar: “Cənab Qüddus əshabələrdən doqquz nəfərini çağırdı ki, onun çadırında onunla birlikdə şam etsinlər. Biz gördük ki, cənab Qüddus özü bir şey yemir, ona görə biz də yeməyə əl uzatmadıq. Nökərlər bunu görüb sevindilər və acgözlüklə yeməyin üstünə tökülüşüb hamısını yedilər. Şahzadənin bəzi nökərləri əshabələrə baha qiymətə çörək satmaq istəmişdilər və bunun üstündə əshabələrlə şahzadənin nökərləri arasında qalmaqal düşmüşdü. Cənab Qüddus əshabələrin bu hərəkətinə qəzəblənib onları danladı və dedi ki, nə üçün nökərlərdən çörək istəmisiniz. Az qala cənab Qüddus bu itaətsizliyə görə əshabələri cəzalandıracaqdı, lakin Mirzə Məhəmməd Bağır arada vasitəçilik etdi və hər şey yoluna düşdü”.

Ertəsi gün səhər şahzadənin yanından bir nəfər gəlib Mirzə Məhəmməd Bağıra dedi: “Şahzadə sizi görmək istəyir”. Mirzə Məhəmməd Bağır cənab Qüddusdan icazə alıb şahzadənin yanına getdi. Bir saatdan sonra o, geri qayıtdı və cənab Qüddusa dedi: “Şahzadə bir daha öz öhdəliklərini təsdiq etdi. Süleyman xan Əfşar da orada idi. Şahzadə mənimlə olduqca mehribanlıqla rəftar etdi və bildirdi ki, mən heç vaxt öz andımı pozmaram. Sonra Cəfərqulu xanın əhvalatını yada salıb dedi ki, bu şəxs Saların qiyamında iştirak edib minlərlə hökumət əsgərini öldürsə də, padşah onu bağışladı, hətta Məhəmməd şah ona çoxlu ənam və bəxşiş də verdi. İndi şahzadənin məqsədi budur ki, sabah səhər tezdən sizinlə bərabər hamama getsin, oradan sizin çadırınıza gəlsin və hamını ata mindirib Səngsərə göndərsin, oradan da əshabələrin bir qismi İraqa, bir qismi də Xorasana yollansın. Şahzadə Səngsərin adını çəkəndə, Süleyman xan dedi ki, bu qədər adamın Səngsər kimi yerə getməsi təhlükəsiz deyil. Buna görə də şahzadə qərara aldı ki, əshabələri Firuzkuha yollasın. Amma məncə, şahzadə dediklərini yerinə yetirməyəcək, necə deyərlər, onun ürəyi ilə dili bir deyil”.

Cənab Qüddus Mirzə Bağırın sözlərini dinlədikdən sonra əshabələrə əmr etdi ki, həmin gecə dağılışsınlar. Və əlavə etdi ki, mən özüm də Barfüruşa gedəcəyəm. Əshabələr cənab Qüddusa yalvarıb icazə istədilər ki, onunla bərabər getsinlər və ondan ayrılmasınlar. Cənab Qüddus buyurdu: “Səbr edin, bir qədər dözün, biz yenidən görüşəcəyik. Qarşıda bir sıra bəlalar və müsibətlər bizi gözləyir. Ondan sonra biz bir-birimizi görəcəyik və daha heç vaxt ayrılmayacağıq. İndi isə işlərimizi Tanrının ixtiyarına buraxaq, O nə hökm etsə, sevinc və razılıqla qəbul edək”.

Şahzadə Mehdiqulu Mirzə öz əhdinə vəfa etmədi və özü cənab Qüddusun çadırına getmək əvəzinə, onu əshabələrin əksəriyyəti ilə birlikdə düşərgəyə çağırdı. Onların hamısını fərraşbaşının çadırına apardılar. Şahzadə xəbər göndərdi ki, orada olsunlar, günorta özüm onları çağırtdıracağam. Bir müddətdən sonra şahzadənin bir çox nökərləri qalan əshabələrin yanına getdilər və cənab Qüddusun adından onlara dedilər ki, hamısı düşərgəyə gəlsinlər. Bu yalan nəticəsində əshabələrin çoxu təhlükəyə düşüb düşmənlərin əlində əsir oldular. Düşmənlər də öz əsirlərini satdılar. Məhz bu şəxslər qaladakı hadisələr zamanı sağ qalıb bu yolla xilas olduqdan sonra vətənlərinə qayıtmış və qalada əshabələrin başına gələn müsibətləri başqalarına nəql etmişdilər.

Şahzadənin adamları Molla Yusif Ərdəbilidən təkidlə tələb etdilər ki, gedib cənab Qüddusun adından əo habələri silahı yerə qoymağa çağırsın. Molla Yusif düşərgədən çıxıb əshabələrin yanına yollandı. Yolda şahzadənin adamları ona çatıb soruşdular: “Dostlarına nə deyəcəksən?” Molla Yusif tam cəsarət və şücaətlə cavab verdi: “İndicə gedib dostlarıma deyəcəyəm ki, cənab Qüddusun adından sizə nə söyləsələr, inanmayın, çünki yalandır”. Bu sözləri deyən kimi şahzadənin adamları hədsiz qəddarlıqla Molla Yusif Ərdəbilini qətlə yetirdilər. Oradan qalaya gedib əllərinə keçəni qarət etdilər və qalanı yerləyeksan etdilər. Sonra da qalan əshabələri mühasirəyə alıb gülləbaran etməyə başladılar. Gülləyə tuş gəlməyənlər də zabitlərin və əsgərlərin qılıncı ilə qətlə yetirildilər. Cənab Qüddusun əshabələrinin canları bədənlərindən ayrılan zaman dilləri “Rəbbimiz pak və müqəddəsdir, mələklərin və ruhun Rəbbidir!” cümləsini söyləyirdi. Onlar sevincli anlarında tam cəsarətlə bu cümləni təkrar etdikləri kimi, həyatdan gedəndə də eyni cəsarətlə həmin sözləri deyirdilər. Beləcə bu müqəddəs şəxslər əbədi iftixar əklili ilə şəhid oldular.

Bu qəmli müsibətlər və kədərli hadisələr baş verdiyi zaman şahzadə göstəriş verdi ki, əsir edilmiş əshabələri bir-bir onun hüzuruna gətirsinlər. Şahzadənin əmrinə əsasən, var-dövlət sahibi olan əsirlər müəyyən məbləğdə pul ödəməyə məcbur edildilər. Qərara alındı ki, bunlar öz imkanlarına uyğun məbləği Tehrana daxil olduqdan sonra ödəyəcəklər. Belə şəxslərdən biri Molla Mirzə Məhəmməd Füruği, digəri cənab Bədinin atası Hacı Əbdül-Məcid, üçüncüsü isə Hacı Nəsir Qəzvini oldu. Sonra şahzadə göstəriş verdi ki, sərvəti olmayan digər əsirləri dərhal edam etsinlər. Onların bəzilərini qılıncla qətlə yetirdilər, bəzilərini ağacdan asıb güllələdilər, bəzilərini də topa bağlayıb atdılar.

Bu dəhşətli hadisələrdən sonra cənab Qüddusun Səngsərdən olan üç əshabəsini şahzadənin hüzuruna gətirdilər. Onlardan biri Mir Məhəmmədəlinin oğlu Seyyid Əhməd idi. Mir Məhəmmədəli Şeyx Əhməd Əhsainin şagirdlərindən olmuşdu, Şeyxə son dərəcə sadiq idi və məşhur üləmalardan biri sayılırdı. Zühurdan bir il əvvəl o, Kərbəlaya yollanmışdı, oğulları Seyyid Əhmədi və Mirzə Əbülqasimi də özü ilə aparmışdı. İndi Seyyid Əhməd şahzadənin hüzurunda idi, qardaşı Əbülqasim isə cənab Molla Hüseynin şəhid olduğu gecə öldürülmüşdü. Xülasə, Mir Məhəmmədəlinin Kərbəlaya getməkdə məqsədi bu idi ki, oğullarını cənab Seyyid Kazımın yanına qoysun. Amma o, Kərbəlaya çatanda, Seyyid artıq dünyasını dəyişmişdi. Mir Məhəmmədəli oradan Nəcəfə yollandı və Nəcəfdə yuxusunda gördü ki, Həzrət Rəsul-əleyhissalam möminlərin əmiri Həzrət Əli-əleyhissalama deyir: “Mir Məhəmmədəliyə söylə ki, onun iki oğlu—Seyyid Əhməd və Mirzə Əbülqasim vəd olunmuş Qaimin hüzuruna qovuşacaqlar və O Həzrətin yolunda şəhid olacaqlar”. Mir Məhəmmədəli yuxudan ayılıb oğlu Seyyid Əhmədi yanına çağırdı, nəzərdə tutduqlarını ona vəsiyyət etdi və həmən yuxudan bir həftə sonra vəfat etdi. Səngsərdə başqa iki qardaş da var idi: biri Kərbəlayi Əbu Məhəmməd, o biri də Kərbəlayi Əli. Bu iki qardaş öz möminlikləri və fitri bilikləri ilə məşhur idilər və daim camaata müjdə verirdilər ki, tezliklə vəd olunmuş Şəxs zühur edəcək, yeni din aşkara çıxacaq, hazır olun və aşkara çıxdığı zaman onu qəbul edin. Hicri 1261-ci (1845-ci) ildə bu qardaşlar camaata elan etdilər ki, bu il Seyyid Əli adlı bir şəxs meydana çıxacaq və qara bayrağla Xorasandan Mazandarana gələcək, onun ətrafında isə seçkin əshabələr olacaq. Onlar camaata deyirdilər ki, islam dininə mənsub olan hər bir şəxs bu böyük insana kömək göstərməlidir, çünki o qara bayraq—vəd olunmuş Qaimin bayrağıdır, o bayrağı ucaldan insan isə Qaimin ən yaxın əshabələrindən və onun mübarək Əmrinin ən qüdrətli təbliğçilərindən biridir; kim bu böyük insanın ardınca gedəcəksə, nicat tapacaq, kim onun əleyhinə çıxacaqsa, həlak olacaq.

Kərbəlayi Əbu Məhəmmədin iki oğlu vardı: biri Əbülqasim, o biri də Məhəmmədəli. O daim oğullarına deyirdi: “Siz yeni Əmrə kömək göstərməlisiniz və bu yolda malınızı əsirgəməməlisiniz ki, əsas məqsədə çata biləsiniz”. Kərbəlayi Əbu Məhəmməd və Kərbəlayi Əli hər ikisi həmən ilin yazında vəfat etmişdilər. Seyyid Əhmədi şahzadənin hüzuruna gətirəndə, Kərbəlayi Əbu Məhəmmədin iki oğlu da onunla birlikdə idi. Belə ki, hökumətin məsləhətləşdiyi üləmalardan olan Molla Zeynalabdin Şahmirzadi Kərbəlayi Əbu Məhəmmədin oğulları barədə şahzadəyə məlumat vermişdi və onların atasının fəaliyyəti haqqında bəzi mətləbləri şahzadəyə çatdırmışdı.

Xülasə, şahzadə Seyyid Əhməddən soruşdu: “Nə üçün bu yolu seçmisən və özünün də, həmyerlilərinin də bədbəxtliyinə bais olmusan? Məgər burada və İraqda olan məşhur üləmalar və fəqihlər sənə azlıq edirdi?! Niyə sən bu yola düşmüsən?” Seyyid Əhməd qorxub çəkinmədən cavab verdi: “Mən bu Əmrə təqlid yolu ilə iman gətirməmişəm, əksinə, axtarıb aramışam, həqiqəti aydınlaşdırmağa çalışmışam və nəhayət, bu mübarək Əmrin düzgünlüyünü yəqin etmişəm. Nəcəfdə olduğum zaman mən məşhur müctəhid Şeyx Məhəmməd Həsən Nəcəfidən islam təliminin mənə aydın olmayan bəzi ikinci dərəcəli məsələlərinə cavab istədim. O mənə cavab vermədi. Mən yenidən suallarımı təkrar etdim. O, cavab vermək əvəzinə qəzəblənib məni məzəmmət etdi və yenə cavabdan yayındı. Belə olan təqdirdə, özünüz deyin, sadə və ikinci dərəcəli məsələlərə cavab verə bilməyən bir şəxsdən əsas və çətin suallara cavab istəmək olarmı?! Ən qəribəsi odur ki, mənim o cür məsələlər barədə sual verməyim onda təəccüb doğurmuşdu”. Şahzadə dedi: “Hacı Məhəmmədəli barədə nə fikirdəsən?” Seyyid Əhməd cavab verdi: “Bizim fikrimizcə, Molla Hüseyn o bayrağı ucaltmışdır ki, Həzrət Rəsul-əleyhissalam onun müjdəsini verərək, buyurmuşdur: “Əgər Xorasandan yaxınlaşan qara bayraqları görsəniz, hətta qarın üstündə sürünməli olsanız belə, onlara doğru tələsin”. Buna görə də biz dünyaya göz yumub onun bütün ləzzətlərindən əl çəkdik və o müqəddəs bayrağın kölgəsinə sığındıq. Bu bayraq bizim dinimizin rəmzidir. Ey şahzadə, əgər mənə yaxşılıq etmək istəyirsənsə, öz cəlladına əmr elə, qoy məni qətlə yetirsin və mən əbədi aləmdə öz dostlarıma qovuşum. Mənim üçün dünya nemətlərinin heç bir qədir-qiyməti yoxdur, mən tezliklə bu dünyanı tərk edib öz Pərvərdikarımın hüzuruna yetişmək istəyirəm”. Şahzadə peyğəmbər nəslindən olan Seyyid Əhmədi qətlə yetirməkdə tərəddüd göstərib onu öldürmədi, amma onun iki dostunu, yəni Kərbəlayi Əbu Məhəmmədin oğullarını dərhal qətlə yetirdi. Cənab Seyyid Əhmədi və onun qardaşı Seyyid Əbu Talibi isə Molla Zeynalabdin Şahmirzadiyə təhvil verdi ki, onları Səngsərə aparsın.

Bu arada Saridən olan müctəhid Mirzə Məhəmməd Tağı o şəhərin üləmalarından daha yeddi nəfərlə birlikdə düşərgəyə gəldi ki, Həzrət Qüddusun əshabələrinin incidilməsi və öldürülməsində iştirak edib savab və mükafat qazansın. Lakin onlar düşərgəyə çatanda gördülər ki, iş qurtarıb və bütün əshabələr qətlə yetirilib. Buna görə də Mirzə Məhəmməd Tağı Seyyid Əhmədin öldürülməsi üzərində israr edib şahzadəyə dedi: “Bu şəxs əgər Sariyə qayıtsa, əvvəlkindən də artıq qarışıqlıq yaradacaq”. Şahzadə Mirzə Məhəmməd Tağıya dedi: “Mən Seyyid Əhmədi sizə tapşırıram, qoy sizin qonağınız olsun. Mən özüm Sariyə gələndə qoymayacağam ki, qarışıqlıq baş versin”. Mirzə Məhəmməd Tağı Sariyə yollandı, Seyyid Əhməd də onun əlində əsir idi. Yolda o, Seyyid Əhmədi və onun möhtərəm atasını lənətləməyə başladı. Seyyid Əhməd müctəhidə dedi: “Məgər unutmusan ki, şahzadə məni bir qonaq kimi sənə təhvil verib? Nə üçün Həzrət Rəsul-əleyhissalamın bu sözlərini yaddan çıxarırsan: “Kafir olsa belə, qonağa hörmət göstərin!” Bu kəlmələr Mirzə Məhəmməd Tağını və onun yanında olan yeddi nəfər üləmanı bərk qəzəbləndirdi. Onlar qılınclarını sıyırıb Seyyid Əhmədi tikə-tikə doğradılar. Seyyid Əhmədin son sözü “ya Sahib əz-Zaman!” oldu. Onun qardaşı Seyyid Əbu Talibi isə Molla Zeynalabdin Şahmirzadi Səngsərə apardı. Seyyid Əbu Talib halhazırda sağdır və qardaşı Seyyid Məhəmməd Rza ilə birlikdə Mazandaranda yaşayır. Onların hər ikisi səmimiyyət və sədaqətlə ilahi Əmrə xidmət göstərməklə məşğuldur.

Şahzadə işlərini başa vurub Barfüruşa qayıtdı, cənab Qüddusu da özü ilə apardı. Onlar cümə günü cümadiüosani ayının 18-də (may ayının 12-də) günortadan sonra Barfüruşa daxil oldular. Səidül-üləma və digər Barfüruş üləmaları şahzadənin pişvazına çıxıb onu qazandığı qələbə münasibətilə təbrik etdilər. Şəhər əhalisi şahzadənin qələbəsini bayram etməyə başladı. Üç günlük bayram və şadlıqdan sonra da şahzadə Həzrət Qüddus barədə qəti qərara gələ bilməmişdi, amma heç kəsin onu incitməsinə imkan vermirdi, camaatın qarşısını alırdı ki, ona bir xətər yetirməsinlər. Nəhayət, şahzadə qərara aldı ki, Həzrət Qüddusu özü ilə Tehrana aparıb şaha təhvil versin və özünü məsuliyyətdən azad etsin. Amma Səidül-üləmanın cənab Qüddusa qarşı düşmənçilik və ədavət atəşi sönmək bilmirdi. Şahzadənin Qüddusu Tehrana aparmaq fikrində olduğunu görəndə, bu ədavəti daha da alovlandı. O heç cür Həzrət Qüddusu əlindən buraxmaq istəmirdi. Buna görə də gecə-gündüz çalışıb min cür hiyləyə əl atırdı ki, şahzadəni Həzrət Qüddus barədəki qərarından daşındırsın. Digər tərəfdən o, camaatın hisslərini qızışdırırdı, insanları intiqam almağa səsləyirdi. Nəticədə bütün Barfüruş camaatı bu məsələdə Səidül-üləma ilə həmrəy olmuşdu. Səidül-üləma qəzəblə deyirdi: “Mən and içmişəm ki, Hacı Məhəmmədəlinin həyatına son qoymayınca, heç nə yeməyəcəyəm və dincəlməyəcəyəm”. Camaatın hay-küyü və hamının Səidül-üləma ilə həmrəyliyi şahzadənin öz qərarını dəyişdirməsinə səbəb oldu. O, canının qorxusundan bütün Barfüruş üləmalarını hüzuruna çağırdı ki, ümumi həyəcan və iğtişaşın qarşısını almaq yolları barədə onlarla məsləhətləşsin. Bütün üləmalar gəldilər. Yalnız Molla Məhəmməd həmzə üzr istəyib məclisə gəlmədi.

Molla Məhəmməd həmzə daim camaatı zülm və sitəmdən çəkinməyə çağırırdı. Əshabələr qalada mühasirəyə alındıqları zaman o, Barfüruş əhalisinə deyirdi ki, onları incitməsinlər. Cənab Qüddus qaladan çıxmazdan əvvəl “Sad”ın təfsirini və digər yazıları bir kisəyə yığıb ağzını bağlamış və möhürləmişdi. Sonra həmin kisəni etibarlı əshabələrdən birinə verib Molla Məhəmməd həmzənin yanına gördərmişdi ki, yazılar onda qalsın. İndiyə qədər o yazıların harada olduğu və başına nə gəldiyi məlum deyil.

Xülasə, üləmalar yığışdılar. Şahzadə əmr etdi ki, Həzrət Qüddusu çağırsınlar. Cənab Qüddus şahzadənin hüzuruna gəldi. Qaladakı əshabələrin təslim olduğu vaxtdan o günə qədər cənab Qüddus şahzadə ilə üz-üzə gəlməmişdi. Şahzadə artıq deyildiyi kimi, onu fərraşbaşıya təhvil vermişdi. Cənab Qüddus daxil olan kimi şahzadə yerindən qalxdı və onu öz yanında əyləşdirdi. Sonra üzünü Səidül-üləmaya tutub dedi: “Buyurub hörmət-ehtiramı gözləmək şərtilə cənab Qüddusla sual-cavaba başlaya bilərsiniz. Amma sizin cənab Qüddusla mübahisəniz Quran ayələri və Həzrət peyğəmbər-əleyhissalamın hədisləri ilə əsaslandırılmalıdır. Sən Qüddusa qarşı iddialarını yalnız bu iki dəlillə sübuta yetirməlisən, bundan başqa bir vasitəyə əl atmamalısan”. Səidül-üləma kobud bir tərzdə cənab Qüddusa dedi: “Sən başına qoyduğun bu yaşıl əmmamə ilə özünü peyğəmbər övladı kimi qələmə vermək istəyirsən. Məgər bilmirsən ki, gerçəkliyə zidd olaraq bu məqama iddia edən şəxs Allahın qəzəbinə tuş gəlir?!” Cənab Qüddus təmkinlə buyurdu: “Seyyid Mürtəzaya bütün üləmalar ehtiram bəsləyirlər və onu Peyğəmbər övladı kimi qəbul edirlər. Onun əsilnəsəbi ata tərəfdən Həzrət Rəsul-əleyhissalama çatırdı, yoxsa ana tərəfdən?!” Məclis iştirakçılarından biri dedi: “Seyyid Mürtəza şərəfli seyyidlərdən biri idi və ana tərəfdən Həzrət Rəsul-əleyhissalamın nəslinə mənsub idi”. Cənab Qüddus buyurdu: “Bəs niyə mənə etiraz edirsiniz?! Mənim də əsilnəsəbim ana tərəfdən Həzrət Rəsul-əleyhissalama çatır. Bu şəhərin bütün əhalisi bilir ki, mənim anam peyğəmbərin övladlarından sayılırdı və Nəzrət İmam Həsən-əleyhissalamın nəslindən idi”. Bu sözlərin müqabilində heç kəs heç nə deyə bilmədi. Səidül-üləma bunu görüb özündən çıxdı, qəzəbindən yanıb-yaxıldı, yerindən qalxıb əmmaməsini yerə çırpdı və məclisi tərk etməyə hazırlaşıb dedi: “Bu adam sizin hamınıza sübut etdi ki, peyğəmbər övladıdır və İmam Həsənin nəslindəndir. Bir azdan o, sizə sübut edəcək ki, Allahın iradəsinin təzahürüdür, dili də Allahın dilidir”. Şahzadə də yerindən qalxdı və dedi: “Mən bu şəxsi incitməkdən büsbütün əl çəkirəm və öz üzərimə heç bir məsuliyyət götürmürəm. Siz üləmalar nə istəyirsinizsə, edin və bilin ki, qiyamət günü Allahın qarşısında siz cavab verməli olacaqsınız”. Bu sözləri dedikdən sonra şahzadə göstəriş verdi ki, atını hazırlasınlar. O, atına minib nökərləri ilə birlikdə Sariyə doğru yollandı. Şahzadə üləmalardan o qədər qorxmuşdu ki, içdiyi andı yaddan çıxardı və cənab Qüddusu qaniçən düşmənlərin əlində qoyaraq çıxıb getdi. Bütün o yırtıçı çanavarlar səbirsizliklə fürsət gözləyirdilər ki, öz ovlarının üzərinə atılsınlar və bu yolla öz kin və ədavətlərini sakitləşdirsinlər. Şahzadə gedən kimi Səidül-üləmanın göstərişi ilə bütün Barfüruş üləmaları və camaatı cənab Qüddusun üstünə hücum çəkdilər, o böyük insana elə əziyyətlər verdilər ki, qələm onları təsvir etməkdə acizdir.

Həzrət Bəhaullah buyururdu ki, o gənc (Qüddus) ömrünün bahar çağında olmazın müsibətlərə dözdü və heç kəsin üzləşmədiyi əzablar içərisində canını verdi. Hətta Həzrət Məsih də ruhu bədənindən ayrıldığı zaman cənab Qüddus qədər dərdə və möhnətə düçar olmamışdı. Barfüruş camaatı bir tərəfdən üləmaların təhriki ilə, digər tərəfdən də öz təəssübü ucbatından Həzrət Qüddusu hədsiz işgəncələrə məruz qoydu. Cənab Qüddusun şəhid olması o qədər kədərli və ağrılı hadisə idi ki, Həzrət Bab Çehriq qalasında Həzrət Qüddusun başına gələn bəlaları eşitdikdən sonra altı ay ərzində heç nə yazmadı. Onun qüdrətli qələmi dərin hüzn içərisində altı ay müddətinə öz taxtından endi, həmin müddətdə vəhyin nüzulu dayandı. Hər dəfə Şeyx Təbərsi qalasında əshabələrin göstərdiyi fədakarlığı, düşmənlərin qəddarlığını, xüsusən, Həzrət Qüddusun başına gətirilmiş müsibətləri eşidəndə, Həzrət Bab göz yaşlarını saxlaya bilmirdi. Barfüruşdakı düşmənlər cənab Qüddusun paltarlarını çıxarmış, əmmaməsini başından götürmüş, çılpaq və qandallanıb zəncirlənmiş halda onu küçə və bazarlarda gəzdirmişdilər. Bütün şəhər əhalisi o Həzrəti söyüb lənətləmiş, o böyük insanın üzünə tüpürmüşdü. Qadınlar bıçaq və balta ilə o Həzrətə hücum edib mübarək bədənini tikə-tikə doğramışdılar və axırda onun pak cismini oda atıb yandırmışdılar. Həzrəti-Əla bütün bunları dinlədikcə, gözlərindən yaş axıdır, naləsi göyə ucalırdı. Cənab Qüddus başına gətirilən bu dəhşətli müsibətlər əsnasında düşmənlərin hər tərəfdən endirdikləri ağır zərbələrə, təhqir və işgəncələrə baxmayaraq, münacatla məşğul olur və deyirdi: “Xudaya, bu zülmkarları bağışla! Xudaya, bu camaatdan öz mərhəmətini əsirgəmə, çünki bunlar bizim iman gətirdiyimiz mübarək həqiqətdən bixəbərdirlər! Xudaya, mən çalışdım ki, nicat yolunu onlara göstərim, amma gör onlar mənimlə necə rəftar edirlər! Onlar məni qətlə yetirmək, məni yox etmək istəyirlər. Xudaya, bunları haqq yoluna yönəlt! Bunları nadanlıqdan qurtar! Bunlar Əmrin mahiyyətindən xəbərsizdirlər, bunları mübarək Əmrə iman gətirmək və onu qəbul etmək şərəfinə çatdır!”

Artıq deyildiyi kimi, bir vaxtlar Seyyid Mirzə Hüseyn Qumi xəyanətə əl atıb cənab Qüddusa vəfasız çıxmışdı və qalanı tərk etmişdi. Barfüruş camaatı hər tərəfdən cənab Qüddusun üstünə hücum çəkib ona əzab verəndə, həmin Mirzə Hüseyn yoldan keçirdi. O, cənab Qüddusun ələ keçdiyini, tənha və köməksiz qaldığını görüb Qüddusun üzünə möhkəm bir şillə vurdu və kobud bir tərzdə istehza ilə dedi: “Bəs deyirdin ki, sənin avazın Tanrı avazıdır?! Əgər düz deyirdinsə, bu qandalı və zənciri qır, özünü düşmənlərinin əlindən xilas et!” Cənab Qüddus ona baxıb yanıqlı bir ah çəkdi və dedi: “Sən mənim dərdimi və müsibətimi nə qədər artırdınsa, Tanrı da sənin cəzanı o qədər versin!”

Cənab Qüddus yaşıl meydana daxil olanda, fəryad çəkib dedi: “Kaş anam burada olaydı və mənim toyumu görəydi!”

Həmin əsnada insanlar o Həzrətə hücum çəkib onun müqəddəs bədənini parça-parça etdilər və bədənin parçalarını bu məqsədlə yandırdıqları tonqala atdılar. Gecə yarısı bəzi əshabələr gəlib Həzrət Qüddusun müqəddəs bədəninin qalıqlarını topladılar və şəhid olduğu yerdən bir qədər aralıda dəfn etdilər.

Burada mən Şeyx Təbərsi qalasında canını qurban vermiş əziz şəhidlərin adlarını çəkməyi lazım bilirəm ki, gələcək nəsillər bu müqəddəs şəxsləri layiqincə xatırlamaq imkanına malik olsunlar. Bu şəhidlər həm sağlıqlarında, həm də öldükdən sonra mübarək Əmrin tarixini bəzəmiş şəxslərdir, ilahi Əmr onların fədakarlığı sayəsində hər yerə yayılmış və rövnəq tapmışdı. Mən bu müqəddəs şəxslərin adlarını müxtəlif mənbələrdən əldə edib toplamışam. İsmullahul-Mim, İsmullahul-Cavad və İsmullahul-Əsəd bu işdə mənə kömək göstərmişlər. Mən onlara öz təşəkkürümü bildirirəm. İndi isə qalada şəhid olanların adlarını yazmaqa başlayıram. Qoy onların ruhları əbədi aləmdə yaşadığı kimi adları da bu dünyada əbədi dillər əzbəri olsun, gələcək nəsillər ilk möminlərin sədaqət və şücaətlə dolu həyatına baxıb nümunə götürsünlər və onlar da tam şücaət və sədaqətlə Allah Əmrinə xidmət göstərsinlər.

Burada mən təkcə qalada şəhid olanların deyil, 60-cı ildən indiyə qədər, yəni hicri 1306-cı il rəbiül-əvvəl ayının axırınadək (1888-ci il dekabr ayının əvvəllərinədək) mübarək Əmrin yolunda şəhid olmuş bir sıra şəxslərin də adlarını qeyd edəcəyəm. Və hər birinin hansı hadisə zamanı şəhid olduğunu da göstərəcəyəm.

bottom of page