top of page

.....onun xahişini necə yerinə yetirmək barədə düşünmüşdü. Ağlına bir şey gəlmədiyi üçün, çox da ümid etmədən babasının adını İnternetdə axtarışa vermişdi. Gözləmədiyi bir halda, babasının adı internetdə çıxmışdı. 1930-cu illərdə repressiya qurbanı olmuş baba haqqında internetdə hansı məlumat ola bilərdi ki? Qətiyyən gözlənilən deyildi. Və heyrət! Onun adı Azərbaycan Bəhailərinin rəsmi web səhifəsində, Azərbaycan Bəhai İcmasının tarixi bölməsində yer alırdı. Orada qeyd edilirdi ki, Rövşən müəllimin  babası Rəsul kişi 1937-ci ildə həbs olunub güllələnmiş Bakı Məhfilinin üzvlərinin ailələrinə baş çəkərək onlara dəstək olur, lazım olanda maddi cəhətdən yardım edirdi. Və hər dəfə də bu fikri söyləyirdi ki, yəqin o, bu əzəmətli Dinin yolunda şəhid olmağa layiq deyilmiş, ona görə də o hələ də azadlıqda gəzir. Lakin tezliklə o da həbs olunmuş və repressiya edilmişdi. Bu tarixi oxuduqdan sonra Rövşən müəllim Bəhailərin telefonunu yenə də İnternetdən tapmış və Bəhai Mərkəzinə zəng etmişdi.

 

Rövşən müəllim danışırdı ki, bu axtarış zamanı hansısa sirli bir əlin onu yönəltdiyini hiss edirmiş. Həm mərkəzə zəng edərkən aldığı cavab, həm əlaqə saxlanılacaq adamın adı və kimliyi, həm də onun o günlərdə müşahidələri onda belə bir təəssürat yaratmışdı ki, bu ilahi bir işarədir və mütləq bunun arxasınca gedib son nəticəni görmək lazımdır. Beləliklə, onunla Bəhai Mərkəzdə görüş təyin edilir və o Bəhai Mərkəzinə gəlir. Mərkəzdə gözlədiyindən də yaxşı qarşılanır və taleyində yeni bir səhifənin başlandığının fərqinə varır. Qərara gəlir ki, axtarışı davam etdirməlidir və bu yuxunun ilahi bir işarə olması artıq onda şübhə yeri qoymur.  Daha sonra Bəhai dini ilə daha da dərindən tanış olmaq üçün ciddi araşdırmalara başlayır.

Dostlarla görüşlərində özünün bəhai olduğunu dəfələrlə vurğulayır. Bu vətəndaş Azərbaycanın görkəmli elm xadimi, Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun direktoru, siyasi elmlər doktoru, professor Mustafayev Rövşən Faiq oğlu idi. Baxın, nəhəng biliyə sahıb olan bu şəxs həqiqəti gecə yarısı yuxuda tapdı, amma ona görə tapa bildi ki, insaflı idi, lakin heyf ki, bu gec baş verdi.  Halbuki onun babası Azərbaycanda yeni doğulan günün dan yerinin şəfəqlərindən biri idi. Babasını yuxuda gördükdən dərhal sonra 48 yaşlı  Rövşən müəllim həqiqətin arxasınca getdi və bu həyatdakı missiyasını yerinə yetirdi. O, həqiqəti tapmışdı. Lakin, təəssüflər olsun ki, qısa bir müddət sonra Rövşən müəllim əziyyət çəkdiyi xəstəlikdən dünyasını dəyişdi. 

Allah onun pak, insaflı və məsulliyyətə ciddi yanaşan ruhunu şad eləsin!

-Azərbaycan Bəhai İcması

Mustafayev Rövşən Faiq oğlu

Azərbaycanın görkəmli elm xadimi, AMEA İnsan Hüquqları İnstitutunun sabiq direktoru, siyasi elmlər doktoru, professor Mustafayev Rövşən Faiq oğlu 1960-inci ildə Bakı şəhərində anadan olmuşdur. Rövşən Mustafayev 1996-cı ildə "Azərbaycan cəmiyyətinin mümkün inkişaf yolları" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə Azərbaycanda ilk siyasi elmlər doktoru elmi dərəcəsinə layiq görülmüşdür. 1998-ci ildə sabiq prezident Heydər Əliyevin sərəncamına əsasən, Azərbaycan Milli Elmlər Akademiyasında İnsan Hüquqları İnstitutu təsis edilmiş və AMEA Rəyasət Heyətinin qərarı ilə yeni elm ocağına rəhbərlik 38 yaşlı gənc alimə həvalə edilmişdir.

 

Rövşən Mustafayev Bakıda, İstanbulda, Moskvada, Sankt-Peterburqda, Minskdə, Tbilisidə, Kiyevdə, İsraildə nəşr olunmuş 70-dən çox tədqiqat işinin, o cümlədən "Erməni terrorçu və quldur birləşmələrinin bəşəriyyətə qarşı cinayətləri (XIX-XX əsrlər)", "Fikir azaddır", "Ölüm tanqosu", "İnformasiya cəmiyyəti", "Strasti po virtuali" və s. kitabların, yüzlərlə elmi məqalənin müəllifidir. Rövşən Mustafayev İnsan Hüquqları üzrə Beynəlxalq Elmi Şuranın sədri, Bioetika və Elmi Biliklərin Etikası Problemləri üzrə YUNESKO-nun Milli Komitəsinin sədr müavini seçilmişdir.

 

Gürcüstan Milli Akademiyasının, Gelat Akademiyasının, S.V.Altunin adına Ekologiya və Təbiətdən istifadə üzrə Beynəlxalq Akademiyanın həqiqi üzvü olmuşdur. Görkəmli alim Azərbaycan, Türkiyə, Gürcüstan, İran və İsraildən xeyli doktorant, aspirant və dissertantın tədqiqat işlərinin elmi rəhbəri olmuşdur. Rövşən Mustafayev uzun sürən xəstəlikdən sonra, 2009-cu il fevral ayının 20-də, 49 yaşında Türkiyənin İstanbul şəhərində, "Memorial" xəstəxanasında vəfat etmişdir.

Aytən Mustafayevanın həyat yoldaşıdır.

Ana və Uşaq

Mustafayev Rövşənin Babası Rəsul Kişi Haqqinda
S. Əyyubovun Kitabindan - Vəd Olunmuş Kəsin Zühuru

Rəsul Kişi haqqında Bəhai tarıxçı Səlahəddin Əyyubov öz kitabında (şəhidlərin xatirələri bölməsində) yad edir: 

“Rəsul Xasiyev həbs olunanların ailələrinə baş çəkərkən, deyərmiş ki, "xoşbəxt o adamdır ki, bu Din naminə həyatlarından keçmişdir", bir çoxları kimi o özü də səbirsizliklə o günü gözləyirdi. Bir aydan sonra o da həbs edilmişdi. Çoxları həbs edilərək, Sibirə göndərilmiş, ya da itkin düşmüşdülər. 1938-ci ilin oktyabrında Bakı Bəhai Mərkəzinin binası (XIX əcrin rəsmi sənədləri indi də qorunub, saxlanılır) dövlət tərəfindən müsadirə edilmişdir. (Bax: Manaf Suleymanov "Eşitdiklərim, oxuduqlarım, gördüklərim, Azərnəşr, Bakı, 1996). Yuxarida fotosu verilmiş, həmin binada 60 ilə yaxın bir müddətdə uşaq bağçası yerləşir.

 

Məşhur yazıçı və alim Manaf Suleymanov kitabında (“Eşitdiklərim oxuduqlarım gördüklərim” Azərbaycan Dövlət Nəşriyyatı, Bakı, 1987, c.319) həmin bina haqda məlumat verməklə bərabər Musa Nağıyevin də Bəhai olduğunu qeyd etmişdir. (Binanın bəhai mülkü olması haqda XIX əsrə aid olan notarial təstiq edilmiş rəsmi sənədlər indi də qorunub saxlanılır). Onunla, söhbətlərimizin birində (Biz həmkar idik, eyni institutda, Azərbaycan Neft və Kimya İnstitutunda işləyirdik) kitabında Bəhai dini və icmasına aid bəzi məqamların qeyri-dəqiq olduğunu söylədikdə o, mənə mülayimlə və gülə-gülə kitabının adının birinci sözünü yada salmağı məsləhət görmüşdü.... 

bottom of page