top of page

İyirminci Fəsilin Davamı

Əvvəlki Fəslin Davamı

Beləliklə, Şeyx Təbərsi qalasında şəhid olmuş şəxslər aşağıdakılardır:

1. Cənab Qüddus—hamıdan üstün və ilk növbədə xatırlanmalı şəxsdir. Həzrət Bab ona “İsmullahulaxir” ləqəbi vermişdi. Cənab Qüddus hürufi-həyyin sonuncusudur. Həzrət Bab Həcc ziyarətinə gedərkən cənab Qüddus ona yoldaşlıq etmişdi. O, Molla Sadiq Müqəddəs və Molla Əli Əkbər Ərdistani ilə bərabər İranda ilahi Əmrin yolunda saysız əzab-əziyyətlərə qatlaşmış ilk şəxsdir. Cənab Qüddus Barfüruşdan Kərbəlaya gedən zaman 18 yaşı vardı. Dörd il müddətində o, Seyyid Kazım Rəştidən dərs almış, 22 yaşındaŞiraza gedib mübarək Əmrə iman gətirmişdi. Beş il sonra—1265-ci il cümadiüs-sani ayının 23-də (1849-cu il may ayının 17-də) o, Barfüruşun yaşıl meydanında qaniçən düşmənlərin hücumu nəticəsində şəhid olmuşdur. HəzrətBabın, sonralar isə Həzrət Bəhaullahın qələmindən cənab Qüddusun ölümünü təsvir edən, ona və onun əshabələrinə hədsiz lütf və inayət ifadə edən çoxsaylı lövhələr çıxmışdır. Həzrət Bəhaullah “Kullu-l-təam” ayəsinə (Ali-İmransurəsi, 93-cü ayə) yazdığı təfsirdə cənab Qüddusu “nöqteyi-axurə” (“sonuncu nöqtə”) adlandırmışdır. Həzrət Bab istisna olunmaqla, digər şəxslərin məqamı cənab Qüddusun məqamından aşağıdır.

2. Molla Hüseyn—Babülbab ləqəbini almışdı. O, Həzrət Babın mübarək Əmrinə iman gətirmiş ilk şəxsdir. 18 yaşında vətəni Buşruyədən Kərbəlaya yollanmışdı. Doqquz il Seyyid Kazım Rəştinin hüzurunda dərs almışdı. O, Həzrət Babın zühurundan dörd il öncə cənab Seyyidin göstərişinə əsasən İsfahana getmiş, məşhur müctəhid Seyyid Məhəmməd Bağır Rəşti ilə görüşüb söhbət etdikdən sonra Məşhədə yollanmış, orada Mirzə Əsgəri ilə görüşmüş və Seyyid Kazım Rəştinin məktublarını bu iki alimə çatdıraraq, hədsiz fəsahət və cəsarətlə onlarla müzakirələr aparmışdı. Babülbabın şəhid olması xəbəri Həzrət Babı sonsuz hüzn və kədərə qərq etmişdi. Həzrət Babın mübarək qələmindən cənab Babülbabın tərifinə həsr olunmuş çoxsaylı lövhələr çıxmışdır ki, bunların da həçmi Quranın həcmindən üç dəfə artıqdır. Həmin lövhələrin birində Həzrət Bab buyurmuşdur: “Molla Hüseynin dəfn olunduğu yerin torpağı qəmgin adamın kədərini sevincə çevirər, xəstə adama şəfa bəxş edər”. Həzrət Bəhaullah “Kitabi-iqan”da cənab Babülbaba hədsiz inayətini bildirmiş, o cümlədən buyurmuşdur: “Əgər O olmasaydı, Tanrı öz rəhmaniyyət taxtına oturmaz, öz səmədaniyyət kürsüsündə qərar tutmazdı”.

3. Mirzə Məhəmməd Həsən—Molla Hüseynin qardaşı.

4. Mirzə Məhəmməd Bağır—Molla Hüseynin dayısı oğlu. Mirzə Məhəmməd Həsən və Mirzə Məhəmməd Bağır cənab Molla Hüseynlə birlikdə Buşruyədən Kərbəlaya getmiş, oradan Şiraza yollanmış, Həzrət Babın Əmrinə iman gətirərək, hürufi-həyy sırasına daxil edilmişdilər. Onlar daim Molla Hüseynin yanında olmuş və onunla birlikdə qalada şəhid olmuşlar. Yalnız Molla Hüseyn Maku qalasına Həzrət Babın hüzuruna gedən zaman bu iki şəxs onunla deyildi.

5. Molla Hüseynin kürəkəniMirzə Əbülhəsənlə Mirzə Məhəmməd Hüseynin atası—Bu iki nəfər halhazırda Buşruyədə yaşayırlar və Molla Hüseynin “Vərəqətül-firdovs” ləqəbli bacısının qulluğunda durmaqla hörmət qazanmışlar. Onların hər ikisi sədaqətli dostlardan sayılırlar.

6. Molla Mirzə Məhəmməd Füruğinin qardaşı Molla Əhmədin oğlu—O, əmisi Molla Mirzə Məhəmməddənfərqli olaraq, qalada şəhidlik şərabını içmişdir. Molla Mirzə Məhəmmədin dediyinə görə o, bilikli, təvazökar və mehriban bir gənc olmuşdur.

7. Mirzə Məhəmməd Bağır—“Herati” kimi məşhur olsada, əslində Qaindən idi və cənab Nəbil Əkbərin atasınınyaxın qohumlarından sayılırdı. Məşhəddə mübarək Əmrə iman gətirən ilk şəxs həmin Mirzə Məhəmməd Bağır olmuşdur. Məhz o, “Babiyyə” adlanan evi tikmiş və Məşhəddə hədsiz sədaqətlə cənab Qüddusa xidmət etmişdir. MollaHüseyn qara bayraq qaldıranda, o da həmin bayrağın kölgəsinə sığınmışdı. Kiçik oğlu Mirzə Məhəmməd Kazım daonunla birlikdə idi. Onlar hər ikisi Mazandarana getmişdilər. O özü şəhid olmuş, oğlu isə sağ qalmış vəMəşhəddə Əmrə xidmət göstərməklə məşğul olmuşdu.Mirzə Məhəmməd Bağır əshabələrin bayraqdarı idi. Molla Hüseyndən sonra qoşuna başçılıq etməyi cənab Qüddusona həvalə etmişdi. Mirzə Məhəmməd Bağır həyatının sondəqiqəsinədək cənab Qüddusa sadiq qalmış, onun ən çoxetibar etdiyi adamlardan biri olmuşdur.

8. Mirzə Məhəmməd Tağı Cüveyni—Səbzəvarda yaşamış, çoxlu elmi əsərlər yazmışdır. Cənab Molla Hüseyn çoxvaxt müdafiəyə göndərdiyi əshabələrə başçılığı onun öhdəsinə qoyardı. Düşmənlər həmin Mirzə Məhəmməd Tağının başını Mirzə Məhəmməd Bağırın başı ilə birlikdə nizəyə taxaraq, Barfüruşun küçə və bazarlarında gəzdirmişdilər. Şəhər əhalisi də həyəcanla bu mənzərəyə tamaşa etmişdi.

9. Qənbərəli—Molla Hüseynin nökəri. O, şücaətli birşəxs idi. Cənab Babülbabın Maku səfərində onunla birlikdə olmuşdu. Mola Hüseynin şəhid olduğu gecə Qənbərəli də düşmən gülləsinə tuş gəlmiş və şəhid olmuşdu.

10-11. Həsən və Qulu—Bu iki nəfər Molla Hüseynə güllə dəydikdən sonra onu İskəndər Zəncaninin köməkliyi ilə qalaya aparmış və cənab Qüddusun hüzuruna çatdırmışdılar. Həsən o şəxsdir ki, Məşhəddə darğanın əmri ilə onu noxtalayıb küçələrdə gəzdirmişdilər.

12. Məhəmməd Həsən—Molla Sadiqin qardaşıdır. Əshabələr Barfüruşdan qalaya doğru getdikləri zaman o, Xosrov Qadigəlayinin əsgərləri tərəfindən öldürülmüşdü. Məhəmməd Həsən Həzrət İmam Rza-əleyhissalamın məqbərəsinin xidmətçilərindən biri olmuşdu. Son dərəcə qətiyyətli və mövqeyini dəyişməyən bir insan idi, heç kəs onu yolundan döndərə bilməzdi.

13. Seyyid Rza—Bu, həmən şəxsdir ki, cənab Qüddus onuMolla Yusif Ərdəbili ilə birlikdə şahzadə MehdiquluMirzənin yanına göndərmişdi. Şahzadənin öz adını yazıb möhür basdığı Quranı həmin Seyyid Rza qalaya gətirmiş və cənab Qüddusa təqdim etmişdi. O, Xorasanın məşhur seyyidlərindən biri idi, öz biliyi və gözəl əxlaqı ilə ad çıxarmışdı.

14. Molla Mərdanəli—Məyami kəndinin sakinlərindən idi. Məyami Səbzəvarla Şahrud arasında yerləşən möhkəmbir qala olmuşdur. Cənab Molla Hüseyn Məyamiyə gələndə,Molla Mərdanəli otuz üç nəfər ilə birlikdə Babülbabınbayrağının kölgəsinə sığınmışdı. Babülbab Məyami məscidində cümə namazı qılmış və orada könülləri həyəcanagətirən bir xütbə söyləmişdi. Həmən xütbədə o, Həzrət Rəsul-əleyhissalamın Xorasandan ucalacaq qara bayraq haqqında dediklərini xatırlatmış və özünün bu bayrağı qaldırdığına işarə etmişdi. Molla Hüseynin fəsahətli və bəlağətli xütbəsi dinləyicilərə qəribə təsir bağışlamışdı.Onların çoxu o yerin böyüklərindən sayılsa da, Babülbabın bayrağının kölgəsinə pənah gətirmişdi. Həmən otuz üç nəfərdən Molla İsadan başqa hamısı şəhid olmuş, yalnızMolla İsa sağ qalmışdı. Molla İsanın övladları halhazırda Məyami kəndində Əmrə xidmət göstərməklə məşğuldurlar. Molla İsanın qalada şəhid olmuş dostlarınınadları belədir:

15. Molla Məhəmməd Mehdi.

16. Molla Məhəmməd Cəfər.

17. Molla Məhəmmədin oğlu Molla Məhəmməd.

18. Molla Rəhim.

19. Molla Məhəmməd Rza.

20. Molla Məhəmməd Hüseyn.

21. Molla Məhəmməd.

22. Molla Yusif.

23. Molla Yaqub.

24. Molla Əli.

25. Molla Zeynalabdin.

26 Molla Zeynalabdinin oğlu Molla Məhəmməd.

27. Molla Bağır.

28. Molla Əbdül-Məhəmməd.

29. Molla Əbdül-Həsən.

30. Molla İsmayıl.

31. Molla Əbdül-Əli.

32. Molla Ağababa.

33. Molla Əbdül-Cavad.

34. Molla Məhəmməd Hüseyn.

35. Molla Məhəmməd Bağır.

36. Molla Məhəmməd.

37. Hacı Həsən.

38. Kərbəlayi Əli.

39. Molla Kərbəlayi Əli.

40. Kərbəlayi Nur Məhəmməd.

41. Məhəmməd İbrahim.

42. Məhəmməd Saim.

43. Məhəmməd Hadi.

44. Seyyid Mehdi.

45. Əbu Məhəmməd.

 

Səngsərdən olan əshabələrdən on səkkiz nəfəri şəhid olmuşdur. Onlar aşağıdakılardır:

46. Seyyid Əhməd—Mirzə Məhəmməd Tağı və Sari üləmalarından yeddi nəfər onu tikə-tikə doğramışdılar. Seyyid Əhməd aydın nitqi, elmi və təvazökarlığı ilə məşhur idi. 

 

47. Mirzə Əbülqasim—Seyyid Əhmədin qardaşıdır. O, Molla Hüseynlə eyni gecədə şəhid olmuşdu. 

 

48. Mir Mehdi—Seyyid Əhmədin əmisi.

49. Mirzə İbrahim—Seyyid Əhmədin kürəkəni.  

50. Səfərəli—Kərbəlayi Əlinin oğludur. O, cəsarətlə ayağa qalxıb Kərbəlayi Məhəmmədlə birlikdə Səngsər camaatını qəflət yuxusundan oyadırdı. Kərbəlayi Əli və Kərbəlayi Əbu Məhəmməd xəstə olduqları üçün qalaya gedə bilməmişdilər. 

 

51. Məhəmmədəli—Kərbəlayi Əbu Məhəmmədin oğlu.

52. Əbülqasim—Məhəmmədəlinin qardaşı.

53. Kərbəlayi İbrahim.

54. Əli Məhəmməd.

55. Molla Əli Əkbər.

56. Molla Hüseynəli.

57. Abbasəli.

58. Hüseynəli.

59. Molla Əliəsqər.

60. Kərbəlayi İsmayıl.

61. Əli xan.

62. Məhəmməd İbrahim.

63. Əbdül-Əzim.

 

Şahmirzaddan iki nəfər qaladakı əshabələrə kömək göstərmişdi. Onların adları belədir:

64. Molla Əbu Rəhim.

65. Kərbəlayi Kazım.

 

Mazandaran əhli olan əshabələrdən iyirmi yeddi nəfər şəhid olmuşdur. Onlar aşağıdakılardır:

66. Molla Rzaşah.

67. Əzim.

68. Kərbəlayi Məhəmməd Cəfər.

69. Seyyid Hüseyn.

70. Məhəmməd Bağır.

71. Seyyid Rəzzaq.

72. Usta İbrahim.

73. Molla Səid Zərkənari.

74. Ərəb Rza.

75. Rəsul Behnəmiri. 

76. Məhəmməd Hüseyn—Rəsul Behnəmirinin qardaşı.

77. Tahir.

78. Şəfi.

79. Qasım.

80. Molla Məhəmmədcan.

81. Məsih—Molla Məmmədcanın qardaşı.

82. Atababa.

83. Yusif.

84. Fəzlullah.

85. Baba.

86. Səfiqulu.

87. Nizam.

88. Ruhullah.

89. Əliqulu.

90. Sultan.

91. Cəfər.

92. Xəlil.

 

Savadkuh şəhidlərindən beş nəfərin adını əldə etmək mümkün olmuşdur. Bunlar aşağıdakılardır:

93. Kərbəlayi Qənbər.

94. Molla Nadəli Mütəvəlli.

95. Əbdül-Həqq.

96. Çoban İtabəki.

97. Çoban İtabəkinin oğlu.

 

Ərdistan şəhidlərinin adları belədir:

98. Mirzə Əli Məhəmməd—Mirzə Məhəmməd Səidin oğlu.

99. Mirzə Əbdül-Vase—Hacı Əbdül-Vəhhabın oğlu.

100. Məhəmməd Hüseyn—Hacı Məhəmməd Sadiqin oğlu.

101. Məhəmməd Mehdi—Hacı Məhəmməd İbrahimin oğlu.

102. Mirzə Əhməd—Mir Möhsünün oğlu.

103. Mirzə Məhəmməd—Mir Məhəmməd Tağının oğlu.

 

İsfahan əhlindən şəhid olmuş otuz nəfərin adı məşhurdur. Onlar aşağıdakılardır:

104. Xırmançı Molla Cəfər—Həzrəti-Əla farsca “Bəyan”da onun adını çəkmişdir.

105. Bənna Usta Ağa Büzürg.

106. Usta Həsən—Usta Ağanın oğlu.

107. Usta Məhəmməd—Usta Ağanın oğlu. 

108. Məhəmməd Hüseyn—Usta Büzürg adı ilə məşhur olan Usta Ağanın oğludur. Məhəmməd Hüseynin Usta Cəfər adlı kiçik qardaşı bir neçə dəfə düşmənlər tərəfindən satılmış, nəhayət, öz vətəninə qayıda bilmişdi, indi oradadır. 

 

109. Bənna Usta Qurbanəli.

110. Əli Əkbər bənna Usta Əlinin oğlu.

111. Abdullah—Bənna Usta Qurbanəlinin oğlu. 

112. Məhəmməd Bağır Nəqş—Seyyid Yəhyanın dayısı, Mirzə Məhəmmədəli Nəhrinin oğlu. O, on dörd yaşında ikən cənab Molla Hüseynlə eyni gecədə şəhid olmuşdu. 

 

113. Molla Məhəmməd Tağı. 

114. Molla Məhəmməd Rza—Bu iki nəfər Akkadakı Rizvan bağının bağbanı Əbdüssalehin qardaşları idilər. 

 

115. Molla Əhməd Səffar.

116. Misgər Molla Hüseyn.

117. Əhməd Peyvəndi.

118. Toxucu Həsən Yəzdi.

119. Məhəmməd Tağı. 

120. Məhəmməd Attar—toxucu Həsənin qardaşı. 

121. Molla Əbdül-Xaliq—O, Bedəştdə boğazını öz əli ilə kəsmişdi. Həzrət Tahirə ona “Zəbih” ləqəbi vermişdi. 

 

122. Hüseyn.

123. Əbdül-Qasim—Hüseynin qardaşı.

124. Mirzə Məhəmməd Rza.

125. Molla Heydər—Mirzə Məhəmməd Rzanın qardaşı.

126. Mirzə Mehdi.

127. Məhəmməd İbrahim.

128. Məhəmməd Hüseyn. 

129. Parçaçı Məhəmməd Həsən—Bu şəxs məşhur parça toxuyan idi. Cənab Babın hüzurunda da olmuşdu.

 

130. Məhəmməd Həsən Əttar.

131. Bənna Usta Hacı Məhəmməd.

132.Məhəmməd Məğarei—O, tanınmış bəzzaz idi. Yenicə evlənmişdi. Çehriqdə Mübarək Hüzura yetişmək şərəfinə nail olmuşdu. Həzrət Bab ona demişdi ki, Mazandarana gedib cənab Qüddusa kömək göstərsin. O, Tehrana çatanda, qardaşı ona xəbər göndərmişdi ki, Tanrı sənə oğul bəxş edib, tez İsfahana gəl, oğlunu gör, sonra hara istəyirsənsə, get. O belə cavab vermişdi: “İlahi Əmrə məhəbbət mənim vücudumu elə bürüyüb ki, orada övlad məhəbbətinə yer qalmayıb. Mən dərhal cənab Qüddusun yanına getməli, onun bayrağının kölgəsinə sığınmalıyam”.

 

133. Seyyid Rza Paqala—məşhur və nüfuzlu üləmalardan biri idi. O, Molla Hüseynin əshabələrinə qoşulmaq io təyəndə, İsfahan üləmaları böyük hay-küy qaldırmışdılar.

 

Şiraz əhalisindən şəhid olmuş şəxslərin adları belədir:

134. Molla Abdullah—Mirzə Saleh adı ilə tanınmışdı.

135. Molla Zeynalabdin.

136. Mirzə Məhəmməd.

 

Yəzd şəhidlərindən aşağıdakıların adlarını əldə etmək mümkün olmuşdur:

137. Seyyid Yəzdi—Xorasandan Barfüruşa qədər piyada getmiş və Barfüruşda düşmən gülləsinə tuş gəlmişdi.

138. Seyyid Əhməd—Həzrət Babın katibi Seyyid Hüseyn Əzizin atası.

139. Mirzə Məhəmmədəli—Seyyid Əhmədin oğludur. O, qalanın qapısı ağzında durduğu zaman top mərmisi başını bədənindən ayırmışdı. Şəhid olarkən, yaşı çox az idi. Cənab Qüddus bu Mirzə Məhəmmədəliyə hədsiz inayət göstərirdi.

 

140. Şeyx Əli—Şeyx Əbdül-Xaliq Yəzdinin oğludur. O, Məşhəd şəhərində yaşayırdı. Böyük şücaətinə və göstərdiyi xidmətlərə görə cənab Qüddus və cənab Babülbab ona ehtiram bəsləyirdilər.

 

Qəzvin şəhidlərinin adları belədir:

141. Mirzə Məhəmmədəli—Hacı Molla Əbdül-Vəhhabın oğludur. Mirzə Məhəmmədəli tanınmış üləmalardan idi. Şirazda Mübarək Hüzura yetişmiş və hürufi-həyy sırasına daxil edilmişdi.

 

142. Tacir Məhəmməd Hadi—“Bağbanbaşı” ləqəbli Hacı Əbdül-Kərimin oğludur.

143. Seyyid Əhməd.

144. Mirzə Əbdül-Cəlil—məşhur alim idi.

145. Mirzə Mehdi.

146. Hacı Məhəmmədəli—Lahard kəndindən idi. Molla Tağı Qəzvini öldürüldükdən sonra əzab-əziyyətə düçar olmuşdu.

 

Xoydan olan şəhidlərin adları belədir:

147. Molla Mehdi—Çox bilikli bir şəxs idi. Seyyid Kazım Rəştinin ən yaxın şagirdlərindən biri sayılırdı. Elmi, natiqliyi, qətiyyəti və dönməzliyi ilə məşhur idi.

 

148. Molla Mahmud—Molla Mehdinin qardaşı və hürufi-həyydən biridir. Məşhur alim idi.

149. Molla Yusif Ərdəbili—hürufi-həyydən biridir. Olduqca cəsarətli şəxs kimi tanınırdı, gözəl nitq qabiliyyəti vardı. O, Kirmana gəldiyi zaman Hacı Kərim xan bundan çox narahat olmuş və müridlərinə demişdi: “Bu şəxsi dərhal şəhərdən çıxarmaq lazımdır. Əgər o, şəhərdə qalsa, Şirazı bir-birinə vurduğu kimi, Kirmanı da ayağa qaldıracaqdır. Sonra biz onun qarşısını ala bilməyəcəyik. Çünki o, bəlağətli danışığı və aydın nitqi baxımından Molla Hüseyndən üstün deyilsə də, ondan əskik də deyildir”. Hacı Kərim xan hədsiz səy göstərərək, Molla Yusifin minbərə qalxıb camaatı dəvət etməsinə imkan vermədi. Və əlindən gələni etdi ki, Molla Yusif Kirmanda çox qala bilməsin. Həzrət Bab Molla Yusifə demişdi: “Siz İran şəhərlərini gəzib mübarək Əmri camaata təbliğ etməlisiniz. 1265-ci il məhərrəm ayının 1də (1848-ci il noyabrın 27-də) isə özünüzü Mazandarana çatdırıb cənab Qüddusa kömək göstərməli, əlinizdən gələni etməlisiniz”. Molla Yusif də tam sədaqət və itaətlə mübarək göstərişə uyğun hərəkət etdi. O, heç bir şəhərdə bir həftədən artıq qalmırdı. Mazandarana gələndə, şahzadə Mehdiqulu Mirzənin əsgərləri onu tanımış və tutub zindana salmışdılar. Yuxarıda deyildiyi kimi, Vəsəks hadisəsinin baş verdiyi gün o, əshabələr tərəfindən zindandan azad edilmişdi.

150. Molla Cəlil Urumi—Elmli, təvazökar və aydın nitqə malik bir şəxs olmuşdur. Hürufi-həyydən biridir.

151. Molla Əhməd—O da hürufi-həyydən biridir. Marağada yaşayırdı. Seyyid Kazımın məşhur şagirdlərindən biri ol muşdur.

152. Molla Mehdi Kəndi—Həzrət Bəhaullahın evində uşaqların müəllimi olmuşdur.

153. Molla Bağır—Molla Mehdinin qardaşıdır. Bu iki qardaş öz bilikləri ilə məşhur olmuşlar. Həzrət Bəhaullah “Kitabi-iqan”da elm sahəsində bu iki qardaşın yüksək səviyyəyə çatdıqları nı təsdiq etmişdir.

 

154. Seyyid Kazım Zəncani—məşhur tacirlərdən biri olmuşdur. O, Şirazda Mübarək Hüzura ye tişmiş və İsfahana qədər Həzrət Babı müşayiət etmişdi. Seyyid Kazımın qardaşı Seyyid Mürtəza Zəncani Tehranın yeddi şəhidindən biri olmuşdur.

 

155. İskəndər Zəncani—O, Hacı və Qulu ilə birlikdə cənab Babülbabın mübarək cəsədini qalaya gətirmişdi.

 

156. İsmayıl.

157. Kərbəlayi Əbdül-Əli.

158. Əbdül-Məhəmməd.

159. Hacı Abbas.

160. Seyyid Əhməd—Bunlar Zəncandan idilər.

161. Papaqçı Seyyid Hüseyn—Barfüruş sakini olmuşdur. Düşmənlər onun başını nizəyə taxıb küçə və bazarlarda gəzdirmişdilər.

162. Molla Həsən Rəşti.

163. Molla Həsən Biyarcüməndi.

164. Molla Nemətullah Barfüruşi.

165. Molla Məhəmməd Tağı Qaraxeyli.

166. Usta Zeynalabdin.

167. Usta Qasım—Usta Zeynalab dinin oğlu.

168. Usta Əli Əkbər—Usta Zeynalabdinin qardaşı. Sonuncu üç nəfər Kirmandan idilər, Qaində yaşayır dılar və bənnalıqla məşğul olurdular.

 

169-170. Molla Rzaşah və Behnəmirdən olan bir gənc—cənab Qüddus qaladan çıxdıqdan iki gün sonra Barfüruşda Pəncşənbəbazar adlanan yerdə bu iki nəfəri qətlə yetirdilər. “Şəriətmədar” adı ilə məşhur olan Molla Məhəmməd həmzə onların cəsədini Kazım bəy məscidinin yaxınlığında torpağa tapşırdı. Sonra da bu iki şəxsin qatilini öz əməlindən peşman olmağa və tövbə etməyə vadar etdi.

171. Molla Məhəmməd Müəllim Nuri—O, Nurda Həzrət Bəhaullahın yanında olmuşdu. Elmi və zəkası ilə məşhur idi. Cənab Qüddusun əshabələrindən heç kəs onun qədər əzaba və işgəncəyə məruz qalmamışdı. Şahzadə ona sifariş göndərmişdi ki, əgər o, qaladan çıxsa və cənab Qüddusa olan sevgisindən əl çəksə, onu özü ilə Tehrana aparacaq və öz uşaqlarına müəllim təyin edəcək. Molla Məhəmməd belə cavab vermişdi: “Mən heç vaxt sənin kimi bir şəxsdən ötrü Tanrının məhbubundan üz döndərmərəm, əgər bütün İranı mənə bağışlasan da, bir anlığa belə gözümü cənab Qüddusun simasından ayırıb başqa yerə baxmağa razı olmaram. Ey şahzadə, sən mənim bədənimi ələ keçirə bilərsən, amma mənim ruhuma heç vaxt əlin çatmaz. Mənə hansı əzabı, hansı əziyyəti istəyirsənsə, ver. Mən Quranın bu mübarək ayəsinin təsdiqinə çevrilməyə hazıram: “Əgər sözünüz doğrudursa, onda ölüm istəyin” (Bəqərə surəsi, 94-cü ayə). Şahzadə Molla Məhəmmədin cavabından hədsiz dərəcədə qəzəblənərək, əsgərlərinə əmr etdi ki, onu tikə-tikə doğrasınlar və ona hər cür işgəncə verməkdən çəkinməsinlər”.

172. Hacı Məhəmməd Kəradi—Bu şəxsin evi Bağdad yaxınlığındakı xurmalıqlardan birində yerləşirdi. Çox cəsarətli adam idi. O, Misir valisi İbrahim paşanın müharibəsində yüz nəfər əsgərin başçısı olmuşdu. Seyyid Kazım Rəştiyə hədsiz rəğbət bəsləyirdi və cənab Seyyidin mədhində böyük bir qəsidə yazmışdı. O, 75 yaşında Həzrət Babın Əmrinə iman gətirmiş və O Həzrət barədə də iribir qəsidə qələmə almışdı. At çapmaqda xüsusi məharəti vardı. Qalada bir çox igidliklər göstərmiş, nəhayət, düşmən gülləsinə tuş gəlmişdi.

173. Səid Cəbavi—O, Bağdaddan idi və qalada qeyri-adi şücaətlər göstərmişdi. Döyüş meydanında qarnından ağır yaralanmış, buna baxmayaraq, özünü qalaya çatdırmış, cənab Qüddusun hüzuruna yetişib özünü onun ayaqları altına atmış və canını tapşırmışdı.

Seyyid Əbu Talib Səngsəri qaladan sağ çıxmış şəxslərdəndir. O, Həzrət Bəhaullahın hüzuruna göndərdiyi məktubda adı çəkilən son iki şəhidin qəhrəmanlıq və fədakarlığından geniş şəkildə bəhs etmiş, eyni zamanda Şeyx Təbərsi qalasında şəhid olmuş qardaşları Seyyid Əhməd və Mirzə Əbülqasim barədə də dəyərli məlumatlar vermişdir. Məktubun bir yerində o, yazmışdır: “Xosrov qətlə yetirilən gün mən Şeyx Təbərsi qalasının qonşuluğunda yerləşən kəndlərdən birinin kəndxudası Kərbəlayi Əlicanın qonağı idim. Bu şəxs Xosrovun köməyinə getmiş, qayıdandan sonra isə Xosrovun öldürülməsi əhvalatını mənə danışmışdı. Həmən gün bir şəxs mənim yanıma gəlib dedi: “Kəndə iki nəfər ərəb gəlib. Onlar qaladakı əshabələrin yanına getmək istəyirlər. Bu iki nəfər Qadigəla kəndinin camaatından çox qorxurlar və deyirlər ki, kim bizi qalaya çatdırsa, ona yaxşı mükafat verəcəyik”. Bu sözləri eşidən kimi mən atam Mir Məhəmmədəlinin nəsihətlərini xatırladım. Atam həmişə mənə deyərdi ki, bacardığın qədər Həzrət Babın Əmrinə xidmət göstər. Buna görə də mən dərhal yerimdən qalxdım və fürsəti əldən verməyib Allahın köməyi ilə o iki ərəbi qalaya çatdırdım. Orada cənab Molla Hüseynlə də görüşdüm və qərara aldım ki, ömrümün qalan hissəsini mübarək Əmrə xidmət göstərməyə həsr edim”.

Burada hökumət qoşunlarına sərkərdəlik edən bəzi şəxslərin adlarını da yazmağı məqsədəuyqun sayıram. Onlar aşağıdakılardır:

1. Şahzadə Mehdiqulu Mirzə—Məhəmməd şahın qardaşı.

2. Süleyman xan Əfşar.

3. Hacı Mustafa xan Türkman.

4. Abdullah xan—Hacı Mustafa xanın qardaşı.

5. Abbasquluxan Laricani—cənab Babülbabı şəhid edən şəxs odur.

6. Nurullah xan Əfqan.

7. Kəbibullah xan Əfqan.

8. Zülfüqarxan.

9. Əliəsğər xan Düdəngəyi.

10. Xudamurad xan Kürd.

11. Xəlil xan Savadkuhi.

12. Cəfərqulu xan Sürxkürəyi.

13. Kəlbat alayının komandanı.

14. Zəkəriya Qadikəlayi—Xosrovun əmisi oğlu və canişini.

 

Amma Şeyx Təbərsi qalasındakı hadisələrdə iştirak edən, lakin sağ qalan əshabələrin sayını və adlarını müəyyənləşdirmək mənə müyəssər olmadı. Dəqiqləşdirilməmiş və yoxlanılmamış adları da burada qeyd etməyi lazım bilmədim. Araşdırma nəticəsində əldə etdiyim məlumatlar yazdıqlarımdan ibarətdir. Təbii ki, burada bütün şəhidlərin adları yazılmamışdır və onların sayı bundan çox olmuşdur. Ümid edirəm ki, gələcəkdə mübarək Əmrin təbliğçiləri arasında mövcud boşluğu aradan qaldıran, mənim tərtib etdiyim natamam siyahını təkmilləşdirən bir şəxs tapılacaqdır. Çünki Şeyx Təbərsi qalasında baş vermiş hadisələrə gələcək nəsillər də böyük əhəmiyyət verəcək, onları çox mühüm olaylar kimi dəyərləndirəcəklər.

bottom of page